Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Şeyxülislam Allahşükür Paşazadə Vatikanın Mədəniyyət üzrə Pontifik Şurasının prezidenti ilə görüşüb VİDEO

Vatikan, 15 yanvar, AZƏRTAC

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Vatikanın Mədəniyyət üzrə Pontifik Şurasının və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti kardinal Canfranko Ravazi ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin üzvlərini səmimi salamlayan kardinal Canfranko Ravazi Vatikanın Mədəniyyət üzrə Pontifik Şurası ilə Azərbaycanın 10 ildən çoxdur sıx əməkdaşlıq əlaqələrinin olduğunu, bu çərçivədə mühüm layihələrin həyata keçirildiyini deyib. O, Qafqaz Müsəlmanları İdarəsinin sədrinin Vatikana səfərinin üç aspektdə - Azərbaycanın dinlərarası dialoqa verdiyi töhfələr, ölkəmizin mədəniyyətlərarası dialoqda fəal iştirakı, eləcə də Papa Fransiskin təşəbbüsü olan insan qardaşlığı məsələsində oynadığı rol baxımından əhəmiyyət kəsb etdiyini bildirib. Azərbaycana səfərini xatırladan kardinal ölkəmizin dinlərarası və mədəniyyətlərarası dialoqa verdiyi böyük önəmin şahidi olduğunu deyib.

Qeyd edilib ki, əhalisinin böyük əksəriyyəti müsəlmanlardan ibarət olan Azərbaycanın xristian mərkəzi olan Müqəddəs Tax-Tacla əməkdaşlıq etməsi olduqca təqdirəlayiq haldır.

Şeyxülislam Allahşükür Paşazadə kardinal Canfranko Ravaziyə Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın salamlarını çatdırıb. Kardinal C.Ravazi də öz növbəsində QMİ sədrindən onun salamlarını Azərbaycanın dövlət başçısına və Birinci vitse-prezidentinə çatdırmağı xahiş edib.

2016-cı ildə Roma Papası Fransiskin Bakıya səfərindən söz açan şeyxülislam Allahşükür Paşazadə həmin səfər çərçivəsində tarixdə ilk dəfə Roma Katolik Kilsəsinin rəhbərinin müsəlman məscidinə daxil olmasını və Heydər Məscidində ölkəmizin müxtəlif dini icmaların nümayəndələri ilə görüşünü xatırladıb. QMİ sədri deyib ki, Azərbaycan müsəlmanları və ölkənin bütün vətəndaşları Papa Fransiskin ziyarətini məmnunluq və təqdirlə xatırlayır.

Şeyxülislam Allahşükür Paşazadə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızı azad etdiyini xatırladarkən müharibə zamanı və sonrakı dövrdə Müqəddəs Tax-Tacın səsləndirdiyi sülhə, qarşılıqlı anlaşmaya çağırışların, regionda baş verən hadisələrə nümayiş etdirdiyi balanslı mövqeyinin yüksək qiymətləndirdiyini deyib və bildirib ki, Azərbaycan hər zaman sülhün tərəfdarı olub.

QMİ sədri müharibədən sonrakı dövrdə və hazırda Azərbaycandakı mövcud vəziyyətlə bağlı erməni tərəfinin daim yalan, iftira xarakterli informasiyalar yaydığını deyərək vurğulayıb ki, 30 ilə yaxın davam edən hərbi təcavüz və işğal nəticəsində ölkəmizin dini və mədəni abidələrinə erməni işğalçıları tərəfindən böyük ziyan vurulub, müxtəlif dinlərə aid tarixi-mədəni abidələr vandalizmə məruz qalıb, 64 məscid tamamilə dağıdılıb. Kardinal Canfranko Ravazi bundan təəssüfləndiyini, həmin abidələrin tezliklə bərpa ediləcəyinə ümidvar olduğunu deyib.

Şeyxülislam Allahşükür Paşazadə kardinal C.Ravazinin diqqətinə çatdırıb ki, Papa Fransisklə görüşündə Vatikandan ölkəmizdəki real vəziyyətlə tanış olmaq üçün bir nümayəndə heyətinin Azərbaycana göndərilməsini təklif edib və bununla bağlı müvafiq dəvətin göndərilə biləcəyini bildirib.

Görüş iştirakçılarından Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy Qarabağda həm də xristian, həm də müsəlman dini abidələrinin dağıdıldığını qeyd edərək deyib: “Bu gün biz əminik ki, həmin abidələr Azərbaycan dövləti tərəfindən qorunacaq, bərpa ediləcək, yeniləri inşa olunacaq”.

Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekti Yepiskop Vladimir Fekete çıxışında Azərbaycanda müxtəlif dinlərin nümayəndələri arasında həqiqi dostluq və qardaşlıq mühitinin olduğunu, bundan irəli gələn hal kimi xalqın bütün dini abidələrə eyni qayğı və ehtiramla yanaşdığını deyib.

Görüşdə, həmçinin Azərbaycanın Fransada və Müqəddəs Taxt-Tacdakı səfiri Rəhman Mustafayev və Qafqaz Müsəlmanları İdarəsinin sədrinin birinci müavini, müfti Salman Musayev iştirak ediblər.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan

Şeyxülislam Allahşükür Paşazadə Vatikanın Mədəniyyət üzrə Pontifik Şurasının prezidenti ilə görüşüb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Beynəlxalq Kiberdiplomatiya Konfransının rəsmi saytı istifadəyə verilib

RF-nin Yakutsk şəhərində “Asiya uşaqları” Oyunlarının təntənəli açılış mərasimi olub

Azərbaycan ətraf mütinin mühafizəsi istiqamətində vacib addımlar atıb

İnqer Anderson: Əsas hədəfimiz tullantıları minimuma endirməkdir

Dövlət Mahnı Teatrında Ələkbər Tağıyevin mahnılarından ibarət konsert təşkil olunub

Bankların kredit portfeli 513,7 milyon manat artıb

Ötən gün FHN tərəfindən 35 yanğına çıxış əməliyyatı həyata keçirilib

İsmayıllı-Lahıc avtomobil yolu bağlanıb

Şair-publisist Yusif Nəğməkar mükafatlandırılıb

Nazir: Biz çox cazibəli investisiya layihələri təqdim edə bilərik

Sahib Ələkbərov: Tullantılara resurs kimi baxmaqla, davamlılığa və dairəvi iqtisadiyyata keçidi təmin edə bilərik

Moskva Quberniya Teatrı Bakıda maraqlı tamaşa təqdim edib

Vəkillər Kollegiyasının üzvləri 234 məhkuma pulsuz hüquqi yardım göstəriblər

May ayında kartlar vasitəsilə aparılan ölkədaxili nağdsız ödənişlərin həcmi 6259 milyon manat olub

Rüstəm Qasımov: Milli Məclisin seçkiləri daha əvvəl keçirmək barədə qərarı əsaslıdır

Mikayıl Cabbarov: Startap ekosistemini təmin etməli, maliyyəyə çıxış və vençur kapitalının cəlbi ilə bağlı işlər görməliyik

Dövriyyədə olan ödəniş kartlarının sayı artıb

Rövşən Nəcəf: Startap ekosistemində insan kapitalı çox önəmlidir

İsmayıllının Qoydan kəndində torpaq sürüşməsi baş verib, rayon mərkəzi ilə əlaqə kəsilib

BŞTİ-də sertifikatlaşdırmanın nəticələri ilə bağlı 93 vətəndaş qəbul edilib

Prezident İlham Əliyev BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktorunu qəbul edib YENİLƏNƏCƏK

Komitə sədri: Dünyada istifadə olunan bütün resursların 10 faizi tullantıya çevrilir

Bakı Slavyan Universiteti Türk Universitetlər Birliyinin üzvü oldu

Fransada seçkilər: İfrat sağçılar öndədir

Nazirlər Kabinetinin şöbə müdiri: Tullantıların istehsalı ilə bağlı dayanıqlı həllərə olan ehtiyac artır

Mustafa Çətinkaya: Azərbaycan-Türkiyə dostluğu dövlət başçılarımızın siyasi iradəsi ilə daha da möhkəmlənir

“Culfa” tankerinin təmiri başa çatıb

Avro-2024: Türkiyə millisinin oyununda vərəqə rekordu, Ronaldo və Kvaratsxeliyadan tarixi göstərici

BMT narkomaniya və narkobizneslə mübarizəyə dair yeni hesabatını dərc edib

Fərid Hacıyev: Parlament seçkilərinin vaxtından əvvəl keçirilməsi vətəndaşların seçkiqabağı kütləvi tədbirlərdə iştirakını təmin edəcək VİDEO

“ASAN xidmət” BMT Forumunda xüsusi tədbir reallaşdırıb

Azərbaycanın və regionun əsas startap innovasiya tədbiri olan “Baku ID” innovasiya festivalı işə başlayıb

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib VİDEO

Kukla Teatrının beynəlxalq əlaqələri genişlənir

İşğaldan azad edilən ərazilərdə tullantıların idarə olunması üçün infrastruktur qurulur

Azərbaycan millisinin üzvü Rumıniya klubuna keçib

Cibuti Respublikasının Prezidenti Zati-aliləri cənab İsmail Ömər Gellehə

İyunun 30-da Azərbaycan dili fənni üzrə növbəti imtahan keçiriləcək

Moskvada Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü qeyd olunub

İdman səfiri Orxan Səfərov Sabirabad rayonunda uşaqlarla görüşüb

Forumun sonunda “Sıfır tullantı” Bakı təşəbbüsünün qəbul olunması nəzərdə tutulub

İranda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası başa çatıb

Bəxtiyar Əliyev: Ermənistan regionda sülhə təhdid yaratmamalıdır

Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğuna dair Prezidentin sorğusuna baxır YENİLƏNİB VİDEO

“Sabah”ın kapitanı: Çempionlar Liqasında hədəfimiz müntəzəm mərhələyə yüksəlməkdir

Bakıda “Yaşıl dünya naminə Həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” Beynəlxalq Forumu işə başlayıb

Gələn həftə MİQ üzrə müsabiqənin test imtahanları başlanır

Bu gün dünyada Mikro, Kiçik və Orta Müəssisələr Günüdür

Hərbi qulluqçular arasında voleybol üzrə birincilik keçirilib

Prezident İlham Əliyev Asiya İnkişaf Bankının prezidentini qəbul edib YENİLƏNƏCƏK

Xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfərə yola düşüb

Amerika Kuboku: Venesuela 1/4 finala vəsiqə qazanıb

Malayziyada Şuşaya həsr edilmiş tədbirlər başa çatıb

Dünya birjalarında neft ucuzlaşıb

® “AccessBank” QSC tender elan edir

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçimi davam edir

FHN: İntensiv yağış səbəbindən 12 nəfər təxliyə edilib, avtomobildə qalan 4 nəfərə köməklik göstərilib VİDEO

Şəkidə bostan bitkilərinin arasında çətənə kolu yetişdirən şəxs saxlanılıb

DİN Bakıda törədilən qətllə bağlı sosial şəbəkədə yayılan görüntülərə münasibət bildirib

Avropa birinciliyi: Azərbaycanın iki boksçusu yarımfinala vəsiqə qazanıb

Azərbaycan nefti ucuzlaşıb

Saatlıda narkokuryerlər saxlanılıb

Laçında yabanı halda bitən 1 tondan artıq çətənə bitkisi məhv edilib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə endirilən sürət həddi bərpa edilib

® “Silk Way West Airlines” və “China Henan Aviation Group” arasında anlaşma memorandumu imzalanıb

Gəncədə narkokuryerdən 20 kiloqramdan çox heroin aşkarlanıb VİDEO

Boliviyada dövlət çevrilişinə cəhddə 9 nəfər yaralanıb

“Reuters”: Ukrayna Avropa yolundan kənar çıxarsa, Aİ-nin yardımını itirəcək

Boliviyada hərbi çevrilişə cəhd olub

Sabah Baydenlə Trampın ilk debatı keçiriləcək

Belçikada bu il ən yüksək temperatur qeydə alınıb

Avropa çempionatında 1/8 final cütlükləri bəlli olub

Avro-2024: F qrupunda Portuqaliya, Türkiyə və Gürcüstan 1/8 finala vəsiqə qazanıb - YENİLƏNİB-4

Qeyri-sabit hava səbəbindən Lənkəran və Astaranın kəndlərində təxliyə işləri aparılır

Veteran tankçılar 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçiriblər

Bakıda axşam saatlarında hərbi orkestrlərin nümunəvi çıxışları maraqla qarşılanıb VİDEO

Salyanda yol qəzası olub, xəsarət alanlar var

Qazaxıstanda 46 trilyon dollar dəyərində yataqlar aşkar edilə bilər

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının ildönümü Çində qeyd olunub

AZƏRBAYCANIN SƏNƏTKARLARI
Alimə Qasımova: Xalçalara uşaq kimi yanaşıram

Prokurorluq: Bakıda odlu silahla qəsdən adam öldürmə faktına görə cinayət işi açılıb - YENİLƏNİB

Milli Hidrometeorologiya Xidməti: Lənkərançayda suyun səviyyəsi 47 sm artıb

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin növbəti üçtərəfli görüşü Tbilisidə keçiriləcək

Ukraynalı qonaq: Uşaqlarımız Azərbaycanda özlərini çox rahat, təhlükəsiz hiss edirlər

Şərur rayonunda küləkli hava şəraiti fəsadlar törədib

Azərbaycan güləş millisi komanda hesabında Avropa çempionu olub

Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü Tbilisidə qeyd olunub

İsveç müəllimləri: Son 10-15 ildə məktəblilərin bilik səviyyəsi xeyli zəifləyib

Füzuliyə dolu yağıb VİDEO

Stella Assanc: Culianın sağalması üçün vaxt lazımdır

Avro-2024: 1/8 finalın daha 3 iştirakçısı məlum olub

Mark Rütte NATO-nun yeni Baş katibi seçilib

Təhrif edilmiş “genetik kod” və ya ermənilər İzmiri necə yandırıblar

Şirvanda bir qrup müharibə iştirakçısına xatirə hədiyyələri təqdim olunub

Avropa çempionatı: Azərbaycanın iki qadın güləşçisi bürünc medal uğrunda mübarizə aparacaq

Avro-2024: Çexiya və Türkiyə yığmalarının start heyətləri açıqlanıb

Agentliyin əməkdaşı: Məqsədimiz ukraynalı uşaqların emosional vəziyyətlərinin sabitləşməsinə kömək göstərməkdir

IDEA İB-nin könüllüsü: Gənclər ekoloji təhlükəsizliyin təmin edilməsində yaxından iştirak etməlidirlər

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi küləkli hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

Azərbaycanın iki güləşçisi erməni rəqibinə qalib gələrək Avropa çempionu olub