“Shell” aktivlərinin dəyərini 22 milyard dollar azaldacaq
Bakı, 30 iyun, AZƏRTAC
“Royal Dutch Shell” balansındakı aktivlərin dəyərini 15-22 milyard dollar azaldacaq.
AZƏRTAC xəbər verir ki, “Shell” aktivlərinin dəyərini 15 milyardla 22 milyard dollar arasında azaldacaq.
Neft nəhəngi aktivlərinin dəyərini bu qədər aşağı salmaqla investorlara neft sənayesinin koronavirus böhranından nə qədər ağır təsir gördüyünü göstərir.
“Shell”in yayımladığı açıqlamaya görə, şirkət pandemiya səbəbindən tələbatın azalması ilə bağlı neft məhsullarının satış həcminin ötənilki gündəlik 6,6 milyon barreldən cari ilin ikinci rübündə 3,5-4,5 milyon barrelə azalacağını gözləyir. Şirkət rüblük maliyyə hesabatını iyulun 30-da dərc edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]