Şimal bölgəsindən 619 şagird riyaziyyat-məntiq olimpiadası və fənn müsabiqələrinin yarımfinal turuna çıxıb

Quba, 16 mart, Elxan Yusifli, AZƏRTAC
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 619 şagirdi Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin yarımfinal turuna vəsiqə qazanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər edir ki, Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasında uğur qazanan 229 nəfərdən 69-u Xaçmaz, 59-u Quba, 30-u Qusar, 37-si Siyəzən, 34-ü Şabran məktəblisidir.
Məktəblilərarası fənn müsabiqələrində isə şimal bölgəsindən 390 şagird uğur qazanıb. Ən çox (182 şagird) riyaziyyat fənni üzrə yarımfinal turuna vəsiqə əldə edilib.
Yarımfinal mərhələsi aprelin 27-də təşkil ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2025 [16:03]
Naxçıvanda kümçülərə 40 qutu ipəkqurdu toxumu paylanılacaq
- 25.04.2025 [12:39]
Qəbələdə “Peşə təhsilinin şəhid məzunları” kitabının təqdimatı olub
- 24.04.2025 [19:49]