“ŞİMAL” DRES-İ PLANLI TƏFTİŞƏ DAYANDIRILMIŞDIR
“Azərenerji” Səhmdar Cəmiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu müddət ərzində blokun ayrı-ayrı qovşaqları təftiş olunacaq, köhnəlmiş hissələr dəyişdiriləcək, avadanlıq və ötürücü infrastrukturun profilaktikası keçiriləcəkdir. Bütün bunlar Abşeron yarımadasına və Azərbaycanın cənub bölgələrinə elektrik enerjisi ötürülməsində qismən və qısamüddətli fasilələr yarada bilər. “Azərenerji”nin rəhbərliyi bu narahatlığa görə qabaqcadan üzr istəyir.