Şimali Makedoniyada gecə klubunda baş verən yanğında azı 50 nəfər ölüb
Skopye, 16 mart, AZƏRTAC
Şimali Makedoniyanın Koçani şəhərində gecə klubunda baş verən yanğın nəticəsində azı 50 nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, Daxili İşlər Nazirliyinin rəsmiləri gecə saatlarında izdihamlı klubda baş verən yanğında onlarla insan öldüyü və ya yaralandığını açıqlayıblar.
Prokurorluq orqanları hadisə yerindədir. Yanğında ölənlərin və xəsarət alanların sayının müəyyənləşdirildiyi bildirilib.
Yanğın klubda konsert zamanı pirotexniki vasitələrdən istifadə edilərkən baş verib. Alov sürətlə yayılaraq binanın tavanına və damına keçib.
Faktla bağlı araşdırmalar aparılır.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Skopye
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]