Sinoptiklərdən xəbərdarlıq: Hava şəraiti kəskin dəyişəcək, yollar buz bağlayacaq
Bakı, 22 yanvar, AZƏRTAC
Sinoptiklər ölkə ərazisində havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 23-də güclü cənub-qərb küləyi əsəcək, yanvarın 24-də güclü şimal-qərb küləyi ilə əvəzlənəcək. Yanvarın 24-dən 25-i səhərədək hava şəraitinin yağıntılı olacağı gözlənilir. Yağıntının arabir intensivləşəcəyi, yanvarın 24-dən 25-nə keçən gecə bəzi yerlərdə yağışın sulu qara keçəcəyi ehtimalı var. Yanvarın 24-də havanın temperaturu ötən günlərlə müqayisədə 4-6° enəcək, 0-3° isti olacaq.
Azərbaycanın rayonlarında yanvarın 23-ü axşamdan 25-dək hava şəraitinin kəskin dəyişəcəyi, qeyri-sabit keçəcəyi proqnozlaşdırılır. Havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı bildirilir. Yağıntının ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimal edilir. Yanvarın 23-də güclü cənub-qərb küləyi əsəcək, yanvarın 24-də güclü şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6° enəcək. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:17]
Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ
- 05.10.2026 [12:53]
Sabah yağış yağacaq VİDEO
- 04.10.2026 [13:10]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]