Sıralama turunun qalibi: Bakının çətin trek olduğunu etiraf etməliyəm
Bakı, 14 sentyabr, AZƏRTAC
"Bakının çətin trek olduğunu etiraf etməliyəm. Döngələri çox olan trekdə ehtiyatlı davranmaq lazımdır".
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin sıralama turunda birinci olan "Ferrari" komandasının pilotu Şarl Lekler mətbuat konfransında deyib.
Monakolu sürücü nəticəyə görə çox xoşbəxt olduğunu bildirib: "Risklər aldım. Bunu etməli idim, çünki qələbə asan əldə olunmur. Bolidi idarə edərkən balansı qorudum. Komandamızın digər üzvü də Karlos Sayns da ilk "üçlük"də yer aldı. Yaxşı hazırlaşmaq nəticə verir. Yarışdan öncə ünsiyyətdə olduq. Bir-birimizə dəstəyimizi ifadə etdik".
O, qazandığı uğurların sirrini də açıqlayıb: "Bəzən yarış öncəsi yaxşı əhvali-ruhiyyədə olmaq üçün nələrəsə ehtiyac duyursan. Mən musiqi dinləyərək motivasiyamı yüksəkdə saxlayıram”, - deyə 26 yaşlı pilot əlavə edib.
Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 15-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]