ŞİRKƏTİN NEFT AKADEMİYASI İLƏ ƏLAQƏSİ MÖHKƏMLƏNİR
AZƏRTAC xəbər verir ki, Dövlət Neft Şirkəti (ARDNŞ) Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin neft sənayesinin yüksəkixtisaslı mütəxəssislərlə təmin olunmasına xidmət edən Təqaüd Proqramı həyata keçirir. Proqram çərçivəsində peşəkar mühəndis-texniki işçilərin hazırlanması məqsədi ilə Azərbaycan Dövlət Neft Akademiyasının 160 tələbəsi üçün ARDNŞ-in təqaüdləri müəyyənləşdirilmiş, akademiyanın korpuslarından biri müasir standartlara uyğun təmir olunmuş, mühazirə zalları, laboratoriyalar yeni avadanlıqla təchiz edilmiş, tələbələrin şirkətin müəssisələrində təcrübə keçməsinə şərait yaradılmışdır. Bundan əlavə, Heydər Əliyev adına Bakı neft emalı zavodu akademiyanın 26 tələbəsi üçün təqaüd müəyyənləşdirmişdir, ARDNŞ-in mütəxəssisləri diplom mövzularının seçilməsində tələbələrə kömək edirlər.
Xatırladaq ki, hazırda ARDNŞ strukturunda çalışan 17700-dən artıq mütəxəssisin əksəriyyəti bu ali məktəbi bitirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]