REGİONLAR
Siyəzəndə dənizdə batan üçüncü yeniyetmənin də meyiti tapıldı - YENİLƏNİB-2
Siyəzən, 24 iyul, Elxan Yusifli, AZƏRTAC
Ötən gün Siyəzən rayonu, Zarat kəndi yaxınlığında dənizdə ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30 kilometr aralı, nəzarətsiz ərazidə batmış 3-cü şəxsin, 2006-cı il təvəllüdlü Bəşirzadə Rəvan Tacıəhməd oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən bildirilib.
16:32
Siyəzən, 24 iyul, Elxan Yusifli, AZƏRTAC
Siyəzəndə dənizdə boğulan 3 yeniyetmədən daha birinin meyiti tapılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Siyəzən rayonu Zarat kənd sakini Manafov Mehdi Elgün oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bakı şəhər sakini 17 yaşlı Əhmədov Nemət Əbdül oğlunun meyiti isə bu gün səhər saatlarında dənizdən çıxarılıb.
Hazırda dənizdə boğulan üçüncü yeniyetmə Zarat kənd sakini Bəşirov Rəvan Hacıəhməd oğlunun axtarışları davam etdirilir.
Qeyd edək ki, iyulun 23-ü axşam saatlarında Siyəzənin Zarat kəndi yaxınlığında 3 yeniyetmə dənizdə çimərkən boğulub.
09:52
Siyəzəndə dənizdə boğulan 3 yeniyetmədən birinin meyiti tapılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bakı şəhər sakini 17 yaşlı Əhmədov Nemət Əbdül oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, iyulun 23-ü axşam saatlarında Siyəzənin Zarat kəndi yaxınlığında 3 yeniyetmə dənizdə batıb. Dənizdə boğulanlar Zarat kənd sakinləri Manafov Mehdi Elgün oğlu, Bəşirov Rəvan Hacıəhməd oğlu və Bakı şəhər sakini Əhmədov Nemət Əbdül oğludur.
Hazırda axtarışlar davam etdirilir.