Sloveniya da İtaliya ilə sərhədlərini bağlayıb
Lyublyana, 11 mart, AZƏRTAC
Avstriyanın ardınca Sloveniyanın Baş naziri Maryan Şarets də qonşu İtaliya ilə sərhədlərin bağlanması barədə göstəriş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı STA agentliyi yayıb. Baş nazir yeni tip koronavirusun tüğyan etdiyi qonşu İtaliya ilə sərhədlərin bağlanmasının Avstriya nümunəsi əsasında həyata keçiriləcəyini bildirib. O, bu prosesin həyata keçirilməsi üçün Səhiyyə və Daxili İşlər nazirliklərinə müvafiq tapşırıqların verildiyini də ifadə edib. Sərhədlərin bağlanması yük daşımalarına şamil olunmayacaq.
Qeyd edək ki, Sloveniyada yeni tip koronavirusa yoluxanların sayı 34 nəfərə çatıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Lyublyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [18:19]