Azərbaycan Dövlət İnformasiya Agentliyi

SLOVENİYA RESPUBLİKASININ PREZİDENTİ DANİLO TÜRKÜN AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ
ALİ QONAĞIN ŞƏRƏFİNƏ

SLOVENİYA RESPUBLİKASININ PREZİDENTİ DANİLO TÜRKÜN AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ ALİ QONAĞIN ŞƏRƏFİNƏ

Bakı, 10 noyabr (AZƏRTAC). Xəbər verdiyimiz kimi, noyabrın 9-da “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Sloveniya Prezidenti Danilo Türkün və xanımı Barbara Mikliç Türkün şərəfinə rəsmi ziyafət verilmişdir.

Dövlət başçıları ziyafətdə nitq söyləmişlər.

Azərbaycan Prezidenti İlham ƏLİYEV qonaqları salamlayaraq dedi:

-Hörmətli cənab Prezident!

Hörmətli xanım Barbara Mikliç Türk!

Xanımlar və cənablar!

Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayır və “Xoş gəlmisiniz!” deyirəm. Bu gün Sloveniya ilə Azərbaycan arasında münasibətlərin yeni səhifəsi açılır. Sizin Azərbaycana ilk səfəriniz ikitərəfli münasibətlərimizdə mühüm hadisədir. Mən bu səfəri yüksək qiymətləndirir və onun ölkələrimiz arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətlərinin yeni mərhələsinə zəmin yaradacağına inanıram. Şübhə etmirəm ki, keçirdiyimiz görüşlər, apardığımız danışıqlar və fikir mübadiləsi, habelə imzalanmış sənədlər və iki ölkənin iş adamlarının sabah təşkil olunacaq biznes forumu qarşılıqlı fəaliyyət üçün yeni sahələri müəyyən edəcək, əlaqələrimizin gələcək inkişafına öz töhfəsini verəcəkdir.

Qeyd etmək istəyirəm ki, Sloveniya Avropa ölkələri arasında Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Tarixdə bizim xalqları birləşdirən ümumi məqamlar çoxdur. İkinci dünya müharibəsi illərində - alman faşizminə qarşı mübarizədə sloveniyalılarla birlikdə Azərbaycan xalqının qəhrəman övladları da fəal iştirak etmişlər. Sloveniyalılarla çiyin-çiyinə vuruşmuş Azərbaycanın qəhrəman oğlu Mehdi Hüseynzadə Sloveniyada həlak olmuş və onun şərəfinə orada abidə ucaldılmışdır.

Sloveniya ilə Azərbaycanın müstəqillik tarixi də oxşardır. Uzun müddət başqa dövlətlərin tərkibində olmuş və dövlət müstəqilliyini təxminən eyni vaxtda qazanmış ölkələrimiz son illərdə böyük sınaqlardan uğurla çıxmışlar. Əlamətdar haldır ki, artıq münasibətlərimiz möhkəmlənir və genişlənir. Ölkələrimiz arasında ticarət-iqtisadi, sənaye və energetika, mədəniyyət və turizm, təhsil, informasiya texnologiyaları, sərmayə qoyuluşu və digər sahələrdə yaxşı əməkdaşlıq imkanları vardır. Düşünürəm ki, biz birgə səylərimizlə bu imkanları reallaşdıra bilərik.

Azərbaycan Sloveniya ilə həm ikitərəfli əsasda, həm də beynəlxalq və regional təşkilatlar, eləcə də Avropa İttifaqı, ATƏT və NATO çərçivəsində sıx əməkdaşlığa xüsusi əhəmiyyət verir. Avropa İttifaqının “Şərq tərəfdaşlığı” təşəbbüsü əməkdaşlığımız üçün yeni perspektivlər açır.

Azərbaycan son illər ərzində sürətli inkişaf yolu keçmişdir. Ötən beş ildə iqtisadiyyatımız 2,6 dəfə artmışdır. Bunun nəticəsidir ki, dünyada hökm sürən maliyyə böhranına, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, bu ilin 9 ayı ərzində Azərbaycan iqtisadiyyatı 6,1 faiz artmışdır. Eyni zamanda, irimiqyaslı beynəlxalq layihələrin həyata keçirilməsi nəticəsində Böyük İpək Yolunun bərpası, Şərq-Qərb nəqliyyat dəhlizinin yaradılması, eləcə də Avropanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində səylərimiz artıq öz bəhrəsini verməkdədir.

Bütün bunlar sübut edir ki, regionumuzun dinamik inkişafı üçün hər cür şərait vardır. Lakin təəssüf olsun ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də davam etməsi regionun çiçəklənməsi yolunda böyük maneə olaraq qalır. Belə ki, Ermənistanın hərbi təcavüzü və etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal edilmiş, ölkədə 1 milyondan çox qaçqın və məcburi köçkün yaranmışdır. Dünya birliyi və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır, münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüquq normalarına uyğun, ədalətli həllinin tərəfdarıdır. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, ATƏT, Avropa Şurası Parlament Assambleyası, NATO və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır. Bu münaqişə yalnız beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Hörmətli cənab Prezident,

İcazə verin, Azərbaycana rəsmi səfərinizə böyük əhəmiyyət verdiyimi bir daha ifadə edim və bu badəni Sizin sağlığınıza, xanımınızın sağlığına, Sloveniya ilə Azərbaycan arasında səmimi dostluq və faydalı əməkdaşlıq əlaqələrinin inkişafının şərəfinə qaldırım.

X   X   X

Sloveniya Prezidenti Danilo TÜRK təşəkkür edərək dedi:

-Hörmətli cənab Prezident!

Hörmətli xanım Əliyeva!

Xanımlar və cənablar!

Əziz dostlar!

Bizi salamlamaq üçün söylədiyiniz xoş sözlərə görə çox sağ olun. İcazə verin, sizin XII əsrdə yaşamış məşhur şairiniz Nizami Gəncəvidən bir sitat gətirim: “Qəlbdən deyilən söz qəlbə yol tapır”. Azərbaycan Respublikasına rəsmi səfər etmək üçün dəvət almağımdan yüksək dərəcədə məmnun oldum. İcazə verin, nümayəndə heyətimlə birlikdə gözəl paytaxtınız Bakıda qaldığım müddətdə bizə göstərilən səmimi münasibətə və qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirim. Bizim üçün bu səfər ölkənizin əldə etdiyi qeyri-adi tərəqqi ilə birbaşa tanışlıq üçün nadir fürsətdir. Bu tərəqqi sadəcə böyük təbii sərvətlərə əsaslanmır, o həm də xalqınızın xüsusi novatorluq və yaradıcılıq bacarıqlarının, eyni zamanda, cənab Prezident, Sizin sələfiniz, müasir Azərbaycanın qurucusu mərhum Prezident Heydər Əliyevin baxışının nəticəsidir.

Sloveniya Prezidenti Danilo Türk dedi ki, xalqlarımızın oxşar tarixi qarşılıqlı anlaşma və əməkdaşlıq üçün böyük əhəmiyyət kəsb edir. “Sloveniya və Azərbaycan təkcə iki dost ölkə deyildir. Demək olar ki, onlar müəyyən cəhətdən həmyaşıddırlar”, - deyən Danilo Türk bu il ölkələrimizin müstəqilliklərinin 18-ci ildönümünün qeyd edildiyini bildirdi. Ali qonaq dedi ki, xalqlarımız arasındakı əlaqələrin uzun tarixi kökləri vardır. İkinci Dünya müharibəsinin ağır illərində Sloveniya xalqı sloven torpağında faşizmə qarşı mübarizə apararaq həyatını qurban vermiş azərbaycanlı döyüşçülərin göstərdiyi şücaəti xüsusi minnətdarlıqla xatırlayır. Sloveniya Prezidenti ölkəsinin Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq sahəsindəki inkişafa dostluq və hörmət hissi ilə yanaşdığını da diqqətə çatdıraraq bildirdi:

-Sloveniya Azərbaycan rəhbərliyinin Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi, Fəaliyyət Planı, Avropa Qonşuluq Siyasəti və “Şərq tərəfdaşlığı”nın əsas məqsədlərinin həyata keçirilməsindən irəli gələn çağırışların həllində və zəruri islahatların həyata keçirilməsində tutduğu qətiyyətli mövqeyini alqışlayır. Sloveniya və Avropa İttifaqı Qafqazdakı qonşularla daha yaxın əməkdaşlığa çalışır. Bu məqsədlə biz qitəmizdə davamlı sülh, sabitlik, təhlükəsizlik və rifahı təmin edəcək bu əməkdaşlığın təşviqini intensivləşdirməliyik. Həm Sloveniya, həm Azərbaycan ölkələrimiz və xalqlarımız arasında yaxşı qonşuluq əlaqələrini, təhlükəsizliyi və əməkdaşlığı, eləcə də qarşılıqlı hörməti gücləndirmək üçün əlindən gələn səyləri göstərir. Biz ölkənizin həmin məqsədlərin həyata keçirilməsinə verdiyi töhfəni yüksək qiymətləndiririk. Regionda mühüm rol oynayan sabit və müvəffəqiyyətli Azərbaycan Avropa və bütün dünya üçün müstəsna əhəmiyyət kəsb edir.

Biz, həmçinin ölkənizin müasir tarixində üzləşdiyi faciəli hadisələrlə tanışıq. Lakin əminik ki, Azərbaycan yaradıcı və açıq dialoq vasitəsilə bu günə qədər göstərdiyi eyni əzmkarlıqla mürəkkəb və ağrılı Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə ədalətli həllinə töhfəsini davam etdirəcəkdir. Biz inanırıq ki, beynəlxalq hüquqa əsaslanan ədalətli həll variantına nail olunacaq və qaçqınlar öz evlərinə qayıtmaq imkanı əldə edəcəklər.

Danilo Türk ümidvar olduğunu bildirdi ki, Sloveniya ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlıq ən qısa vaxtda daha da inkişaf edəcək və zənginləşəcəkdir.

Sloveniya Prezidenti ölkələrimizin mədəniyyət və iqtisadiyyat sahələrində əməkdaşlığının daha da gücləndirilməsinin əhəmiyyətini vurğuladı. Bildirdi ki, iqtisadi əməkdaşlıq baxımından ölkələrimizin potensialı böyükdür. “Səfər çərçivəsində məni müşayiət edən sloveniyalı iş adamları ölkənizin etimadına və dəstəyinə arxalanır”, - deyən Sloveniyanın dövlət başçısı yüksək qonaqpərvərliyə görə təşəkkür edərək bildirdi ki, qarşılıqlı əməkdaşlıq sülh, təhlükəsizlik, sabitlik və inkişaf kimi ortaq məqsədlərə nail olmağa və xalqlarımızın rifahının təmin olunmasına töhfə verəcəkdir.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ekspert: Azərbaycanın dünyəvi təhsil ənənələri milli maarifçilik tariximizin ayrılmaz hissəsidir

ADA Universitetində AICT2026 beynəlxalq konfransı təşkil olunub - YENİLƏNİB VİDEO

ADA Universitetində AICT2026 beynəlxalq konfransı təşkil olunub - YENİLƏNİB VİDEO

İsrail ordusu Livanda partlayıcı qurğu və silahlar aşkarlayıb

Cənubi Koreya və ABŞ müdafiə danışıqları keçirmək barədə razılığa gəlib

Çingiz Abdullayev: Əminəm ki, “Sabah” “Barselona”ya qarşı da çəkinmədən oynayacaq

Astanada Azərbaycanın Orta Dəhlizin inkişafında rolu müzakirə olunub

Akademik Rasim Əliquliyev: Milli süni intellekt rəqəmsal suverenliyin əsas şərtidir VİDEO

Akademik Rasim Əliquliyev: Milli süni intellekt rəqəmsal suverenliyin əsas şərtidir VİDEO

Azərbaycan qonaqpərvərlik sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirir

Vədiyə Ələkbərzadə: Akkreditasiya özəl tibb müəssisələri üçün bir çox prosesin obyektiv qiymətləndirilməsini təmin edən mexanizmdir

Saleh Sultansoy: “Elm şəhərləri” TDT-nin inkişafına güclü təkan verə bilər

QHT-lərin təşəbbüsü ilə Bakıda kəlağayının təbliğinə həsr edilən yürüş keçirilib

Futzal üzrə Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb

Henning Sasse: Tikintidə ekoloji təmiz xammalın və alternativ yanacaqların istifadəsi vacibdir

AzTU-nun müəllimi Türkiyədə beynəlxalq simpoziumda məruzə ilə çıxış edib

Laos Prezidenti “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ziyarət edib

BDU-nun 14 tələbəsi “Əlaçı” təqaüd proqramının qalibi olub

Milli Hidrometeorologiya Xidməti: Hazırda keçid dövrünə xas hava şəraiti müşahidə edilir

Rasim Əliquliyev: Gəncləri kibermanipulyasiyadan qorumaq prioritet vəzifədir VİDEO

Rasim Əliquliyev: Gəncləri kibermanipulyasiyadan qorumaq prioritet vəzifədir VİDEO

Avstraliyada demensiyanın erkən əlamətlərini aşkarlayan göz testləri hazırlanıb

Ukrayna ordusu üç yaşayış məntəqəsini azad edib

Azərbaycanla Mərkəzi Asiya ölkələrinin əməkdaşlığının genişlənməsi yeni imkanlar yaradır ŞƏRH

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində qiymətləndirmə təlimi təşkil olunub

Naftalanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqət mərkəzindədir

Zumerlər əməkhaqqı səbəbindən iş yerlərini dəyişdirmək istəyirlər

SEPAH Hörmüz boğazında konteyner daşıyan gəminin batdığını bildirib

Kamboca Krallığının Baş naziri Milli Məclisdə olub

Vahid geyim şagirdlərə ortaq qaydaların mövcudluğunu öyrədən vasitələrdən biri kimi qəbul oluna bilər – ŞƏRH

Baş nazir Əli Əsədov Laosun Prezidenti Thonqlun Sisulitlə görüşüb

Azərbaycanlı Formula 4 pilotu "Slovakia Ring" trasında növbəti testlərini uğurla başa vurub

Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir ŞƏRH

Beynəlxalq Enerji Agentliyi: Dizel yanacağı çatışmazlığı 2027-ci ilədək davam edə bilər

ADAU-da YAP-ın VIII Qurultayının qərarlarından irəli gələn vəzifələr önə çəkilib

XİN: Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırırıq VİDEO

XİN: Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırırıq VİDEO

Bu il qlobal neft tələbatının gündəlik 2,6 milyon barel azalacağı gözlənilir

Qazaxıstanın Manqistau vilayətinin rəhbəri və Türkiyə diplomatı Orta Dəhlizi müzakirə ediblər

Azərbaycan Astanada beynəlxalq nəqliyyat-logistika sərgisində təmsil olunur

Sergey Lavrov Bakıda AQEM-in sammitində iştirak edəcək

Yusif Vəliyev: Laçın və Zəngilanda “Səyyar Gənclər Xidməti” layihəsi reallaşdırılacaq VİDEO

Yusif Vəliyev: Laçın və Zəngilanda “Səyyar Gənclər Xidməti” layihəsi reallaşdırılacaq VİDEO

AMADA sumo üzrə dünya çempionatı ərəfəsində antidopinq vebinarları təşkil edib

Səudiyyə Ərəbistanından olan yazıçı Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib

Pərviz Şahbazov: Gələn ilin sonunadək ümumi gücü 2 giqavat olan 11 stansiya istismara veriləcək

Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib

Zibeydə Hacıyeva: Qarabağdakı bərpa və yenidənqurma prosesində özəl sektor yaxından iştirak edir VİDEO

Zibeydə Hacıyeva: Qarabağdakı bərpa və yenidənqurma prosesində özəl sektor yaxından iştirak edir VİDEO

Sentyabrda Körfəz istehsalçılarının neft təchizatı bərpa olunub

Gənc Tamaşaçılar Teatrında “Pullu komediya” tamaşasının premyerası olacaq

Ani Ödənişlər Sistemi ilə gündəlik əməliyyat sayı ilk dəfə 1 milyonu, aylıq dövriyyə isə 2 milyard manatı ötüb

BBC Trampın məhkəmədə ifadə verməyə məcbur edilməsini tələb edir

"Ərzurumspor" Nəriman Axundzadənin komandadan ayrılacağı ilə bağlı iddialara son qoyub - EKSKLÜZİV

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil edilir

Media və Yayım Şurası: İranın "Səhər" telekanalı ictimai rəyi çaşdıran dezinformasiya yayır

Keçən ay OPEC+ üzrə neft tədarükü gündəlik 40,62 milyon barelə çatıb

“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb

Tədqiqat: Hər il okeanın 1,58 milyon kvadratkilometri neftlə çirklənməyə məruz qalır

Qlobal neft tədarükü sutkada 102,3 milyon barelə yüksəlib

İqtisadiyyat Nazirliyi: Bir çox sahələrdə dövlət-özəl tərəfdaşlığı layihələrini həyata keçirməyə hazırıq

Şöbə müdiri: Azərbaycanın dənizdə külək enerjisi potensialı yaşıl enerji ixracı hədəfləri baxımından mühümdür

Yusif Vəliyev: Azad edilmiş ərazilərdə könüllülər üçün fərdi təlimlər təşkil olunur VİDEO

Yusif Vəliyev: Azad edilmiş ərazilərdə könüllülər üçün fərdi təlimlər təşkil olunur VİDEO

® Belaruslu nümayəndələr Gəncə Avtomobil Zavodunda istehsal prosesi ilə tanış olublar

Sabah hava əsasən yağmursuz keçəcək

İxracdan regional oyunçuluğa: Azərbaycan şirkətləri üçün yeni böyümə marşrutu - RƏY

“Barselona” tarixi rekordu təkrarlayıb

Özbəkistanlı mühəndis-energetiklər “Azərişıq”da təlimlərə başlayıblar

Nazir müavini: İşğaldan azad edilmiş ərazilərdə gənclərin inteqrasiyasına xüsusi diqqət yetirilir

“Azəriqaz” 9 ayda “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində 52 mindən çox xidmət göstərib

Şəki Regional Elmi Mərkəzində YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr nəzərdən keçirilib

Deputat: Dövlət əhaliyə tək insan resursu kimi deyil, insan kapitalı kimi baxır VİDEO

Deputat: Dövlət əhaliyə tək insan resursu kimi deyil, insan kapitalı kimi baxır VİDEO

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Xankəndiyə səfər edib

Anar Axundov: Azərbaycan etibarlı tərəfdaş kimi beynəlxalq xarakterli investisiya layihələrini uğurla həyata keçirir

Azərbaycan minifutbol millisi U-23 dünya çempionatında növbəti qələbəsini qazanıb

“Barselona”nın baş məşqçisi İstanbulda kuryoz hadisə ilə üzləşib

Yaponiyada fövqəladə məlumatlandırma xidmətləri dayandırılıb

Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edib

Mərkəzi Bankın nümayəndə heyəti Dünya Bankı və Valyuta Fondunun toplantılarında iştirak edir

Fransada 65 il əvvəl əlcəzairli nümayişçilərin qətlə yetirilməsinin “dövlət cinayəti” kimi tanınması tələb olunur

Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb

Misir Dünya Bankı ilə əməkdaşlığı genişləndirmək niyyətindədir

lll Milli Rəqabət Forumunda birgə əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb

Qarabağ Dirçəliş Fondu “Rebuild Garabagh - 2026” sərgisində iştirak edir

Çempionlar Liqası oyunundan sonra Bakı Olimpiya Stadionunun ot örtüyü qənaətbəxş qiymətləndirilib

İslam Əməkdaşlıq Təşkilatının Bağdad sessiyasında 53 ölkə iştirakını təsdiqləyib

Dünyanın ən qədim gəmilərindən birinin qalıqları Antalyada aşkarlanıb VİDEO

Dünyanın ən qədim gəmilərindən birinin qalıqları Antalyada aşkarlanıb VİDEO

Dünyəvi təhsil və milli dəyərlər: məktəbin əsas missiyası

Azərbaycan Beynəlxalq İnşaat Sərgisində İtaliyanın milli pavilyonu açılıb

Belarus parlamentinin nümayəndə heyəti Gəncənin tarixi məkanlarını ziyarət edib

Laos Prezidenti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub

Donald Tramp: Qrenlandiyamızda genişmiqyaslı neft və mineral kəşfiyyatı başlayır

Nazir müavini: Laosda fəaliyyət göstərən şirkətlər Azərbaycanın azad iqtisadi zonalarında müəssisə qura bilər

Yaponiya dəniz canlılarının qanunsuz ovlanmasına qarşı süni intellektli dronlardan istifadə edəcək

Laos Prezidenti: "ASAN xidmət"in fəaliyyətini yüksək qiymətləndirirəm

Türkiyə F-35 qırıcıları ilə bağlı ABŞ-nin cavabını gözləyir

Azərbaycan Türk dünyasının siyasi koordinasiyasını təmin edən əsas aktorlardan biridir -Ekspert rəyi

Nazir müavini: Ölkəmizdə həyata keçirilən islahatlar özəl sektorun genişlənməsi üçün mühüm imkanlar yaradıb

Laosun sənaye və ticarət nazirinin müavini: Azərbaycan Cənub-Şərqi Asiya bazarlarına çıxış əldə edə bilər

Agentlik sədri: lll Mili Rəqabət Forumu əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platformadır

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib

Zelenski Ukraynanın energetika sisteminə Rusiyanın hücumuna münasibət bildirib

Elnur Bağırov: Bazar iştirakçılarının fəaliyyətinə təsir edən amillərin araşdırılması rəqabət mühitinin təhlilinin tərkib hissəsidir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 14 oktyabr

Bakıda 90 küçə və prospektdə təmir işləri başa çatıb