SOCAR-ın prezidenti “Chimcomplex S.A.” şirkətinin İdarə Heyətinin sədri ilə görüşüb
Bakı, 4 aprel, AZƏRTAC
SOCAR-ın prezidenti Rövşən Nəcəf Rumıniyanın “Chimcomplex S.A.” şirkətinin İdarə Heyətinin sədri Ştefan Vuza ilə görüşüb.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə şirkətlər arasındakı mövcud əlaqələrin önəmi qeyd olunub, keçirilmiş görüşlər zamanı aparılan müzakirələrin əhəmiyyəti vurğulanıb.
Söhbət zamanı şirkətlərin ümumi fəaliyyəti və planları barədə məlumat verilib, neft-kimya sahəsində əməkdaşlıq imkanları müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.