Son 5 ildə Azərbaycanda mobil telefon abunəçilərinin sayı 9 faizdən çox artıb
Bakı, 26 avqust, AZƏRTAC
2024-cü ildə Azərbaycanda mobil telefon abunəçilərinin sayı 11 milyon 323 minə çatıb ki, 5 il öncə bu rəqəm 10 milyon 344,3 min olub.
AZƏRTAC Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, ölkə üzrə ən çox mobil telefon abunəçisi Bakı şəhərinin payına düşür ki (5 milyon 191,4 min), bu da əvvəlki illə (2023-cü il) müqayisədə 6 faiz çoxdur.
Mobil telefon abunəçilərinin sayında ölkə üzrə ilk beşliyə Abşeron-Xızı (985,3 min), Gəncə-Daşkəsən (659,6), Mərkəzi Aran (548,5 min), Lənkəran-Astara iqtisadi rayonu (542,5) düşüb.
Qeyd olunan tarixdə Naxçıvan Muxtar Respublikasında mobil telefon abunəçilərinin sayı isə yarım milyonu ötüb (501,3 min).
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:34]
Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək
- 29.09.2026 [13:12]
AZAL-ın ixrac gəlirləri açıqlanıb
- 29.09.2026 [13:00]
“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb
- 29.09.2026 [12:58]
“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb
- 29.09.2026 [12:55]