CƏMİYYƏT
Son beş ildə 500 minə yaxın şəxs münasib işlə təmin olunub
![Son beş ildə 500 minə yaxın şəxs münasib işlə təmin olunub](/files/2023/3/1200x630/17029888756389734448_1200x630.jpg)
Bakı, 19 dekabr, AZƏRTAC
Ötən müddətdə məşğulluq orqanları tərəfindən müharibə əlillərinin, şəhid ailələrinin və veteranlarının məşğulluq məsələlərinin həlli sahəsində 40 mindən artıq şəxsin məşğulluq problemləri qiymətləndirilib, onlardan 20,5 min şəxs aktiv məşğulluq tədbirlərinə cəlb edilib, 10 min nəfərdən artıq şəxs məşğulluq proqramları ilə əhatə olunub.
AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev üçüncü Azərbaycan Karyera İnkişaf Forumunda deyib.
Nazir müavini daha sonra bildirib: “Son beş ildə 500 minə yaxın işsiz və işaxtarn şəxs münasib işlə təmin olunub, 22 min nəfər peşə hazırlığına, 2,6 min nəfər əməkhaqqının birgə layihələşməsi proqramına cəlb olunub. Məşğulluq sahəsində əldə edilən bu nəticələrdə işəgötürənlərin və sosial tərəfdaşların rolunu xüsusi qeyd etmək lazımdır”.