“Srvena Zvezda” futbol klubu 27-ci dəfə Serbiya çempionu olub
Bakı, 7 may, AZƏRTAC
Futbol üzrə Serbiya Super Liqasında 2015/2016-cı il mövsümünün qalibi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, “Srvena Zvezda” klubu ölkə çempionatının qızıl medallarına sahib olub. Super Liqanın 34-cü turunda səfərdə “Vozdovaç”a 1:0 hesabı ilə qalib gələn “Srvena Zvezda” turnir cədvəlində ən yaxın izləyicisi “Çukariçki”ni 9 xal qabaqlayıb.
“Çukariçki” son üç turda qələbə qazanmaqla “Srvena Zvezda” ilə xallarını bərabərləşdirə bilər. Lakin Miodraq Bozoviçin komandası əlavə göstəricilərə görə, “Çukariçki”ni üstələdiyi üçün “Srvena Zvezda” növbəti turun nəticələrindən asılı olmayaraq çempionluğunu rəsmiləşdirib.
Qeyd edək ki, bu, “Srvenz Zvezda”nın tarixində 27-ci çempionluğu olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:56]
“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub
- 14.10.2026 [18:44]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]