Azərbaycan Dövlət İnformasiya Agentliyi

Strateji əhəmiyyətə malik Azərbaycan-Böyük Britaniya əlaqələri

Strateji əhəmiyyətə malik Azərbaycan-Böyük Britaniya əlaqələri

Bakı, 18 iyul, AZƏRTAC

Azərbaycanın uğurlu çoxşaxəli xarici siyasətində əsas istiqamətlərdən birini də Böyük Britaniya ilə münasibətlər tutur. Böyük Britaniya-Azərbaycan arasında əlaqələr tarixi və strateji əhəmiyyətə malikdir. İki ölkənin münasibətlərinin müasir tarixi öz başlanğıcını 90-cı illərin əvvəllərindən götürür. Böyük Britaniya Azərbaycanın müstəqilliyinin bərpasını tanıyan ilk Qərb ölkələrindən biridir. Birləşmiş Krallıq 1991-ci il dekabrın 31-də Azərbaycanın müstəqilliyini tanıyıb. Ölkələrimiz arasında diplomatik münasibətlər isə 1992-ci il martın 11-də qurulub. Ötən müddətdə iki ölkə arasında əlaqələrin genişləndirilməsi baxımından yüksək tarixi nailiyyətlər əldə olunub və hazırda Azərbaycan-Böyük Britaniya münasibətləri inkişafının ən yüksək səviyyəsinə çatıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirak etmək üçün İngiltərəyə işgüzar səfəri də ölkələrimiz arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi və əlaqələrimizin daha da dərinləşdirilməsi baxımından mühüm töhfə olacaq.

AZƏRTAC Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlərin tarixinə və inkişaf yoluna qısa nəzər salır.

Ulu Öndər Heydər Əliyevin 1994-cü ildə Böyük Britaniyaya səfəri uzunmüddətli və faydalı əməkdaşlığın əsasını qoydu

İkitərəfli əlaqələrin inkişafının əsasında Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi təcrübəsinin, regionda cərəyan edən prosesləri öncədən proqnozlaşdırmaq və dəqiq qiymətləndirmək bacarığının mühüm rolu var. Ulu Öndərin ölkəmizdə siyasi hakimiyyətə qayıdışından sonra beynəlxalq əməkdaşlığın inkişafı istiqamətində atdığı ilk addımlardan biri də Böyük Britaniya ilə münasibətlərin inkişaf etdirilməsi oldu. Ümummilli Lider Heydər Əliyevin 1994-cü və 1998-ci illərdə Böyük Britaniyaya səfərləri ölkələrimiz arasında qurulacaq müxtəlif istiqamətli əməkdaşlığın əsas sütununu təşkil edib. Xüsusi vurğulamaq lazımdır ki, Ulu Öndərin 1994-cü ildəki səfəri, Birləşmiş Krallığın Baş naziri Con Meycor ilə keçirdiyi görüş və imzalanan sənədlər ölkələrimiz arasında uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığın əsasını qoydu. Həmin vaxtdan başlayaraq, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq genişlənib, möhkəm siyasi dialoq qurulub, iqtisadi sahədə önəmli nəticələr əldə olunub. Bununla paralel olaraq, humanitar sahədə də intensiv mübadilələr həyata keçirilib və əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Məhz bunun göstəricisidir ki, bu gün Azərbaycan Cənubi Qafqaz regionunda və daha geniş Xəzər dənizi hövzəsində Böyük Britaniyanın etibarlı tərəfdaşıdır. Bu tərəfdaşlıq yüksək səviyyəli qarşılıqlı səfərlərdə də özünü aydın şəkildə göstərir. Azərbaycan Respublikasının dövlət başçıları Böyük Britaniyaya ümumilikdə 4 rəsmi və 7 işgüzar səfər ediblər. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci ilin aprelində andiçmə mərasimindən sonra Türkiyəyə səfərinin növbəti günü Böyük Britaniyanın Baş naziri xanım Tereza Meyin dəvəti ilə Londona səfər edib.

Böyük Britaniya da bir çox sahələrdə, xüsusən enerji sektorunda uzunmüddətli etibarlı əməkdaşlığın inkişaf etdirilməsinə böyük önəm verir. Britaniyanın sabiq Baş naziri Rişi Sunak bu il martın 14-də XI Qlobal Bakı Forumu ilə bağlı dövlətimizin başçısına ünvanladığı məktubda qeyd edib:

“Azərbaycan bütün dünyada dəyər verilən məhsulların daşındığı ticarət marşrutlarının üzərində yerləşir. Böyük Britaniya Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyaya, Türkiyə və Qara dəniz vasitəsilə isə Avropaya aparan yeni bağlantıların açılmasını dəstəkləməkdə davam edəcəkdir... Böyük Britaniya və Azərbaycan arasında olan əlaqələr qarşılıqlı firavanlıq və təhlükəsizlik maraqları naminə dərinləşməyə və genişlənməyə davam edir. 2024-cü ilin sonuna doğru COP tədbirinin Bakıda uğurla keçirilməsini dəstəkləmək üçün Böyük Britaniya yanınızda olacaqdır”.

Böyük Britaniyanın Ermənistan-Azərbaycan münaqişəsinə dair rəsmi mövqeyi də hər zaman beynəlxalq hüquq prinsiplərinə əsaslanıb. Tərəfdaş ölkə hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyıb. Qırx dörd günlük Vətən müharibəsi dövründə də Böyük Britaniya obyektiv münasibət sərgiləyib.

Qeyd edək ki, ölkələrimiz arasında siyasi əlaqələr müxtəlif formatlarda uğurla davam etdirilir. Belə ki, 2016-cı ildən etibarən Xarici İşlər nazirlikləri arasında strateji dialoqun iclasları keçirilir. Həmçinin 1997-ci ildə Milli Məclisdə Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu, Birləşmiş Krallıq parlamentində isə 2014-cu ildə Azərbaycan üzrə parlament qrupu (All Party Parliamentary Group on Azerbaijan) təsis edilib. Bu qrupların birgə fəaliyyəti nəticəsində iki ölkənin parlament üzvləri arasında işçi əlaqələr yaradılıb, qarşılıqlı səfərlər həyata keçirilib.

Böyük Britaniyanın yüksək səviyyəli nümayəndə heyətləri də dəfələrlə Azərbaycanda səfərdə olub. Bu səfərlər Azərbaycan ilə Birləşmiş Krallıq arasında ikitərəfli münasibətlərə təkan verməklə yanaşı, əlaqələrimizə yeni impuls qazandırır. Bu səfərlər arasında Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Mortonun 2021-ci ilin fevralında ölkəmizə səfərini xüsusi qeyd etmək olar. Dövlətimizin başçısı fevralın 9-da xanım naziri qəbul edərkən dediyi sözlər ölkələrimiz arasında münasibətlərin strateji xarakterindən xəbər verir: “Bu (səfər – Red.) bir daha ölkələrimiz arasında güclü tərəfdaşlıq münasibətlərini və əlbəttə ki, əməkdaşlığımızı davam etdirmək üçün gələcək planlarımızı əks etdirir. Çox yaxşı siyasi təmaslarımız, çox fəal siyasi dialoqumuz var. Sizin Azərbaycana səfəriniz bunu bir daha nümayiş etdirir”.

Siyasi münasibətlərin yüksək səviyyədə olması uzunmüddətli uğurlu iqtisadi əməkdaşlığın əsasını təşkil edir

İki ölkə arasında siyasi münasibətlərimizin yüksək səviyyədə olması iqtisadi münasibətlərə də müsbət təsirini göstərib. Böyük Britaniya Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ölkədir. Bu ölkə 2023-cü ilin sonunadək Azərbaycan iqtisadiyyatına ümumilikdə 83 milyard dollar sərmayə qoyub. 2023-cü ildə Azərbaycan ilə Böyük Britaniya arasında ticarət dövriyyəsinin həcmi 790 milyon dollardan çox olub. Cari ilin yanvar-may aylarında isə ticarət dövriyyəsinin həcmi 140 milyon ABŞ dollarından artıq olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 10 faizdən çoxdur.

İqtisadi əməkdaşlığımızın uzun tarixi kökləri var. Hələ XIX əsrin sonu-XX əsrin ilk illərində ingilis şirkətləri Bakının neft müəssisələrinə böyük həcmdə kapital yatırıb. 1904-cü ildə Böyük Britaniya ağ neftə tələbatının 47 faizini Bakı nefti hesabına ödəyib. 2016-cı ilin aprelində Baronessa Emma Nikolson Baş nazirin Azərbaycan, Türkmənistan və İraq üzrə ticarət elçisi təyin edilib. Həmin vaxtdan E.Nikolson ölkəmizə bir sıra səfərlər edib, həmçinin iqtisadi sahədə əməkdaşlığın genişlənməsi məqsədilə ölkəmizin müxtəlif dövlət qurumlarının rəhbər və mütəxəssislərinin Britaniyaya səfərlərini təşkil edib. 2021-ci ilin mayında təsis edilən Britaniya-Azərbaycan Ticarət və Sənaye Palatası 2022-ci ildə fəaliyyətə başlayıb.

Ölkələrimizin iqtisadi əlaqələrində neft-qaz sahəsində əməkdaşlıq mühüm yer tutur. BP Azərbaycanın neft-qaz sektorunda çalışan əsas Britaniya şirkətidir. Şirkət Azərbaycanın neft-qaz sektorunun inkişafına və modernləşdirilməsinə mühüm töhfələr verməklə enerji sektorunda ölkəmizin əsas tərəfdaşı qismində çıxış edir. BP “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz” layihələrinin operatoru, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum təbii qaz kəmərlərinin, Cənub Qaz Dəhlizinin komponentləri olan Cənubi Qafqaz boru kəmərinin, TANAP, TAP kimi irimiqyaslı layihələrin əsas sərmayədarlarından biridir. BP Azərbaycanda ən böyük xarici investordur. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” imzalandığı vaxtdan etibarən SOCAR və BP arasında enerji sahəsində uğurlu əməkdaşlıq qurulub və 2017-ci il sentyabrın 14-də SOCAR və BP arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının 2050-ci ilədək işlənilməsini nəzərdə tutan yeni saziş imzalanıb. Sazişin imzalanması Azərbaycan-Britaniya əməkdaşlığında növbəti tarixi hadisədir. Bu saziş ölkələrimiz arasındakı əlaqələrin möhkəmliyinin, qarşılıqlı etimadın və faydalı investisiya layihələrinin uğurlu təzahürüdür.

Bundan başqa, 2018-ci il aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniyaya işgüzar səfəri çərçivəsində BP ilə SOCAR arasında Xəzər dənizinin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsindəki D230 blokunun birgə kəşfiyyatı və işlənilməsi üçün hasilatın pay bölgüsü haqqında yeni saziş imzalanıb.

İki ölkə arasında şəhərsalma, ərazi planlaşdırılması və memarlıq sahəsində əməkdaşlıq inkişaf etməkdədir. Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə qarşı tərəfin müvafiq qurumu arasında “ağıllı binalar, ağıllı şəhər və ağıllı kənd” və “şəhər inkişafının planlaşdırılması, şəhərsalma və tikinti layihələrinin tətbiqi” sahələrində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulub.

Azərbaycanda 500-dən çox Birləşmiş Krallıq investisiyalı kommersiya qurumu fəaliyyət göstərir. Bu rəqəm iqtisadi tərəfdaşlığımızın şaxələndirilməsinin mühüm göstəricisidir. Mühüm istiqamətlərdən biri də odur ki, Britaniya şirkətləri işğaldan azad olunmuş ərazilərin bərpası, o cümlədən minalardan təmizlənməsi işində iştirak üçün maraq göstərir. Britaniyanın “Chapman Taylor LLP” şirkəti ilə Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi arasında Şuşa və Cəbrayıl şəhərlərinin Baş planlarının hazırlanmasına dair müqavilələr imzalanıb. Dövlətimizin başçısı Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Gəncədə törətdiyi qanlı faciələr nəticəsində həyatını itirmiş sakinlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Gəncə Memorial Kompleksinin yaradılması barədə tapşırıq verilib. Həmin kompleksin layihəsi “Chapman Taylor” şirkəti tərəfindən hazırlanıb.

Ölkələrimiz arasında alternativ enerji sahəsində də uğurlu əməkdaşlıq qurulub. 2018-ci ildə Energetika Nazirliyi ilə BP şirkəti arasında “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. 2021-ci il mayın 20-də “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Beynəlxalq Ticarət Departamenti arasında təmiz enerjiyə keçid sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Sənəddə iki ölkə arasında enerji məsələlərində, o cümlədən bərpaolunan enerji, enerji səmərəliliyi, aşağıkarbonlu texnologiyalar, liberal enerji bazarına keçid və elektrik şəbəkələri kimi sahələrdə əməkdaşlıq və iqlim dəyişikliyi probleminin həlli imkanlarının araşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, bərpaolunan enerji, aşağıkarbonlu texnologiyalar, hidrogen enerjisindən istifadə üzrə BB təcrübəsinin öyrənilməsi, eləcə də bu sahədə kadr potensialının gücləndirilməsi məqsədilə Energetika Nazirliyi və Böyük Britaniyanın ölkəmizdəki səfirliyi arasında əməkdaşlıq çərçivəsində çoxsaylı təlim və seminarlar keçirilməkdədir.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar sahələrində də səmərəli əməkdaşlıq həyata keçirilir. İki ölkə arasında avtomobil nəqliyyatı ilə az həcmdə beynəlxalq yük daşımaları həyata keçirilir. Azərbaycanda Britaniya istehsalı olan 29 adda dərman dövlət qeydiyyatından keçib.

Təhsil, mədəni mübadilə və xalqlar arasındakı təmaslar ikitərəfli əlaqələrdə mühüm yer tutur

Ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin digər mühüm istiqamətini təhsil, mədəni mübadilə və xalqlar arasındakı təmaslar təşkil edir. 1994-cü il fevralın 23-də “Azərbaycan Respublikası Hökuməti və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş”in imzalanması ilə ölkələrimiz arasında təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığın təməli qoyulub. Britaniya tərəfindən bu sahədə əməkdaşlıq Britaniya Şurası (British Council) vasitəsilə həyata keçirilir. Ötən dövrdə minlərlə azərbaycanlı tələbə, müəllim, alim və tədqiqatçı Britaniyada təhsil almış və ya müxtəlif layihələri həyata keçiriblər. Ümumilikdə, Azərbaycanın Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyi ilə Britaniya Şurası arasında əməkdaşlıq mövcuddur.

Hər il yüzlərlə azərbaycanlı gənc Böyük Britaniya universitetlərində təhsil almağa yollanır. Birləşmiş Krallıq azərbaycanlıların təhsil almaq üçün ən çox üz tutduğu üçüncü ölkədir.

2013-cü ildən etibarən Oksford Universitetində Nizami Gəncəvi adına Qafqazşünaslıq Elmi Mərkəzi fəaliyyət göstərir. Universitetin kitabxanalarından biri Nizami Gəncəvinin adını daşıyır. Hər il Bakıda və Londonda çoxlu sayda mədəni tədbirlər keçirilir.

Azərbaycanı və Qafqazı tədqiq edən Böyük Britaniya Fondunun dəstəyi ilə Azərbaycanın, Qafqazın və Orta Asiyanın tarixi, dilləri və mədəniyyətlərinin öyrənilməsi üçün 2018-ci il mayın 23-də Oksfordda Mərkəz açılıb. Fondu Kanslerin Xeyriyyəçilər Komitəsində Fondun Qəyyumlar Şurasının sədri professor Nərgiz Paşayeva təmsil edir.

Azərbaycan və Cənubi Qafqaz regionunda ilk layihə olan ingilis dilində idman jurnalistikası üzrə magistr proqramı icra edilir. Britaniyanın Hallam Universiteti və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən proqrama tanınmış britaniyalı jurnalist Den Mayson (Dan Mason) rəhbərlik edir. Proqram idmanın müxtəlif sahələri üçün ən müasir təhsil proqramlarının tətbiqi yolu ilə jurnalistlərin hazırlanmasını ehtiva edir.

2019-ci il mayın 22-də Böyük Britaniya Parlamentinin Lordlar Palatasının deputatı, Leyboristlər Partiyasından Azərbaycanın dostları qrupunun sədri Lord Devid Evansa məxsus “Senate Publishing” nəşriyyat evinin SOCAR-la əməkdaşlıq çərçivəsində nəşr etdirdiyi “Azərbaycan və Böyük Britaniya - 100 illik tərəfdaşlıq” adlı kitabın təqdimat mərasimi keçirilib.

2023-cü il mayın 26-da Böyük Britaniyanın tarixi Viktoriya və Albert Muzeyinin “Rafael” qalereyasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Respublikası Atçılıq Federasiyası Londonda ənənəvi olaraq keçirilən “Royal Windsor Horse Show” atçılıq şousunda fəal çıxış edir. 2022-ci il mayın 12-15-də Londonda keçirilmiş “Royal Windsor Horse Show” atçılıq şousunda Federasiyanın təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin “Süvarilər” atlılar dəstəsi “Land of Fire - Azerbaijan” adlı xüsusi proqramla çıxış ediblər. Tədbir çərçivəsində Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Kraliça II Elizabet ilə görüşüb və Azərbaycan Prezidenti İlham Əliyevin hədiyyəsi olan “Şöhrət” adlı Qarabağ atını Kraliçaya təqdim edib. Həmçinin Azərbaycanın tanınmış heykəltaraşı Faiq Hacıyevin yaratdığı “Alxan” adlı Qarabağ və “Qalxan” adlı Dilbaz atlarının heykəlləri də Kraliçaya hədiyyə olunub.

Beləliklə, Prezident İlham Əliyevin Böyük Britaniyaya işgüzar səfəri Azərbaycanın ikitərəfli əməkdaşlığın inkişafına böyük diqqət yetirməsinin göstəricisidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır

Milli Qurtuluşdan başlanan yol bu gün Azərbaycanı qalib, suveren və qüdrətli dövlət zirvəsinə yüksəldib - ŞƏRH

TDT-nin Baş katibi: 15 İyun milli birliyin, dözümlülüyün və ölkənin davamlı inkişafı ilə tərəqqi yolunun rəmzi kimi çıxış edir

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq

Ombudsman: Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyi sayəsində Azərbaycanın inkişaf yolunun möhkəm təməli qoyuldu

Kürşad Zorlu: Müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimiz mühüm nəticələr verir

XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq

Baş nazir Əli Əsədov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan avarçəkəni Portuqaliyada ikinci qızıl medalını qazanıb

Milli Qurtuluş Günü - Dövlətçiliyin xilası, xalqın gələcəyə inamının bərpası və müstəqilliyin qorunması ŞƏRH

"Sabah"ın yeni idman direktorunun adı məlum olub

Şuşa Bəyannaməsi: Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələ ŞƏRH

İspaniya millisi dünya çempionatında mübarizəyə başlayır

Yaxın Şərqdə sabitliyin bərpası dünya bazarında neftin qiymətinə təsirsiz ötüşməyib

Pakistanın xüsusi nümayəndəsi: Şuşa Azərbaycanın mədəni irsinin rəmzidir VİDEO

Pakistanın xüsusi nümayəndəsi: Şuşa Azərbaycanın mədəni irsinin rəmzidir VİDEO

Mikita Poturayev: Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyib VİDEO

Mikita Poturayev: Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyib VİDEO

Azərbaycan nümayəndə heyəti UNESCO-nun tədbirlərində iştirak üçün Parisə yollanıb

Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri

Myanma Prezidentinin Çinə səfəri başlayıb

Şamaxıda Milli Qurtuluş Günü qeyd olunub

Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib

Güclü istilər səbəbindən Fransanın nüvə elektrik stansiyalarında istehsal məhdudlaşdırıla bilər

Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO

Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO

Höteborqda son on ildə evsizlərin sayı təxminən iki dəfə azalıb

Bu saata olan əsas xəbərlər

Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir

Səfir: Çin və Azərbaycan arasında iqtisadi əməkdaşlıq son illərdə yüksək artım tempi nümayiş etdirir VİDEO

Səfir: Çin və Azərbaycan arasında iqtisadi əməkdaşlıq son illərdə yüksək artım tempi nümayiş etdirir VİDEO

15 iyun Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsidir – ŞƏRH

Şamil Ayrım: Şuşa Bəyannaməsi regional sülhün strateji yol xəritəsidir VİDEO

Şamil Ayrım: Şuşa Bəyannaməsi regional sülhün strateji yol xəritəsidir VİDEO

Aydın Kərimov: Qarabağ Universitetinin İncəsənət və Turizm fakültələri Şuşada yerləşəcək VİDEO

Aydın Kərimov: Qarabağ Universitetinin İncəsənət və Turizm fakültələri Şuşada yerləşəcək VİDEO

G7 sammiti: İqtisadi balanssızlıqlar, Ukrayna müharibəsi və Yaxın Şərq böhranı

Azərbaycanın birinci dövr ikiillik şəffaflıq hesabatının qiymətləndirilməsi prosesi uğurla tamamlanıb

Senator Natali Qule: Bakı regional normallaşmanın əsas hərəkətverici qüvvəsi kimi qiymətləndirilir VİDEO

Senator Natali Qule: Bakı regional normallaşmanın əsas hərəkətverici qüvvəsi kimi qiymətləndirilir VİDEO

Ərdoğan: ABŞ ilə İran arasında əldə olunan saziş regionda sülh və sabitlik yolunda mühüm hadisədir

Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub

Milli Qurtuluş Günü Azərbaycan dövlətçilik tarixinin ən mühüm və dönüş yaradan səhifələrindən biridir - ŞƏRH

Milli Kitabxanada “15 İyun – Milli Qurtuluş Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub

Qəbələdə 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib

Moldova Parlamentinin üzvü: Azərbaycan regionda yeni iqtisadi əsaslar formalaşdırır VİDEO

Moldova Parlamentinin üzvü: Azərbaycan regionda yeni iqtisadi əsaslar formalaşdırır VİDEO

Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO

Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO

Sayavonq Bounyadet: Laos və Azərbaycan arasında əməkdaşlıq qlobal inkişafın təşviqinə xidmət edir VİDEO

Sayavonq Bounyadet: Laos və Azərbaycan arasında əməkdaşlıq qlobal inkişafın təşviqinə xidmət edir VİDEO

Aktam Xaitov: Ölkələrimiz arasında münasibətlər daha yüksək mərhələyə qalxıb VİDEO

Aktam Xaitov: Ölkələrimiz arasında münasibətlər daha yüksək mərhələyə qalxıb VİDEO

Milli Qurtuluşdan tarixi Zəfərə gedən yol VİDEO

Milli Qurtuluşdan tarixi Zəfərə gedən yol VİDEO

15 iyun Azərbaycan xalqının dövlətçilik iradəsinin və dövlət quruculuğu strategiyasının təntənəsini ifadə edən tarixi gündür

Oğuzda yol qəzası baş verib, ailə üzvləri xəsarət alıb

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri nəzərdə tutulur VİDEO

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri nəzərdə tutulur VİDEO

Səfir Qurbanməmmet Elyasov: Qarabağda çox böyük işlər görülüb VİDEO

Səfir Qurbanməmmet Elyasov: Qarabağda çox böyük işlər görülüb VİDEO

İncəsənət məktəbləri və mərkəzlərində ilk dəfə mərkəzləşdirilmiş buraxılış imtahanları keçirilir

Tahir Budaqov: Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününün formalaşdırdığı müstəqil dövlətçilik ideyalarının məntiqi davamıdır VİDEO

Tahir Budaqov: Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününün formalaşdırdığı müstəqil dövlətçilik ideyalarının məntiqi davamıdır VİDEO

Prezident: Ölkəmiz regionda davamlı sülh və sabitlik mühitinin yaradılması istiqamətində qətiyyətli siyasət həyata keçirir

Aydın Kərimov: İşğaldan azad olunmuş ərazilərdə 80 mindən çox insan yaşayır və çalışır VİDEO

Aydın Kərimov: İşğaldan azad olunmuş ərazilərdə 80 mindən çox insan yaşayır və çalışır VİDEO

“Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına

Şuşada “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfrans VİDEO

Şuşada “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfrans VİDEO

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

Kiyevə kütləvi raket zərbələri endirilib, ölənlər və xəsarət alanlar var – YENİLƏNİB-2 VİDEO

Kiyevə kütləvi raket zərbələri endirilib, ölənlər və xəsarət alanlar var – YENİLƏNİB-2 VİDEO

Böyük Qayıdışdan Qurtuluşa aparan yol

Dünya çempionatı: İsveç millisi dünya çempionatında ilk oyununa inamlı qələbə ilə başlayıb

NYT: Əraqçi və Qalibaf ABŞ ilə müqavilə imzalamaq üçün Cenevrəyə gedəcəklər

Milli Qurtuluş Günü: Azərbaycanın sabitlikdən Zəfərə uzanan inkişaf yolunun başlanğıcı

15 İyun - Müasir Azərbaycanın xilası və böyük inkişaf yolunun başlanğıcı

Ekspert: Təəssüf ki, tərəqqi və müasir texnologiyalar ömrümüzü uzatmır

İran və ABŞ memorandum imzaladıqdan sonra danışıqlar üçün 2 ay vaxt ayıracaqlar

Xarkova hava hücumu zamanı azı 5 nəfər ölüb

Dünya çempionatı: Kot-d’İvuar millisi qalib gəlib

Vens: ABŞ-İran sazişi Yaxın Şərqi növbəti 50 ildə dəyişə bilər

İran xarici işlər nazirinin müavini ABŞ ilə əldə olunmuş razılaşmanı təsdiqləyib

ABŞ Prezidenti İsveçrədə İranla sazişin imzalanması mərasimində şəxsən iştirak edə bilər

Tramp: Bu böyük saziş bütün regiona sülh və təhlükəsizlik gətirəcək

BMT Baş katibi sülh razılaşmasına görə ABŞ və İranı təbrik edib

Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər

Tramp Hörmüz boğazının tam açıldığını və blokadanın aradan qaldırıldığını elan edib

ABŞ və İran sülh sazişi üzrə razılığa gəliblər, imzalanma iyunun 19-na təyin olunub

Konqoda “Ebola” virusundan ölənlərin sayı 180 nəfəri ötüb

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib VİDEO

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib VİDEO

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb VİDEO

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb VİDEO

Diaz Ahmetjanov: Tatar xalqının milli “Sabantuy” bayramı İçərişəhərdə ilk dəfə təşkil edilir

Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp arasında telefon danışığı olub

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub VİDEO

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub VİDEO

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir