Azərbaycan Dövlət İnformasiya Agentliyi

Süleyman Dəmirəl-Heydər Əliyev qardaşlıq münasibətləri türk dünyasının həmrəylik rəmzidir

Süleyman Dəmirəl-Heydər Əliyev qardaşlıq münasibətləri türk dünyasının həmrəylik rəmzidir

Bu gün xatirələrdə əbədi həyat qazanan Türkiyənin doqquzuncu Prezidenti Süleyman Dəmirəlin anım günüdür.

Ankara, 17 iyun, AZƏRTAC

“Əziz dostumuz, qardaşımız Prezident Süleyman Dəmirəlin Azərbaycana məhz bu gün - Azərbaycanın dövlət müstəqilliyi günü gəlməsi bir daha onu sübut edir ki, Azərbaycan xalqının milli azadlığı, Azərbaycanın dövlət müstəqilliyi bizim xalqımız üçün nə qədər əzizdirsə, о qədər də Türkiyə üçün əzizdir, türk xalqı üçün əzizdir və bizim qardaşımız Süleyman Dəmirəl üçün əzizdir”.

Ümummilli lider Heydər Əliyev

İyunun 17-si Türkiyə Respublikasının doqquzuncu Prezidenti, Azərbaycanın sevimlisi, ümummilli lider Heydər Əliyevin ən yaxın dostu və silahdaşı, böyük siyasi və dövlət xadimi Süleyman Dəmirəlin anım günüdür.

AZƏRTAC xəbər verir ki, 1924-cü ildə İsparta vilayətinin Atabəy rayonunun İslamköy kəndində anadan olan Süleyman Dəmirəl mənalı həyat və fəaliyyətini qardaş Türkiyənin dövlətçilik həyatına həsr edib. Siyasi fəaliyyəti dövründə 7 dəfə Baş nazir postunu qazanan Süleyman Dəmirəl 1993-cü il mayın 16-da doqquzuncu prezident seçilərək qardaş ölkədə dövlət başçısı şərəfinə yüksəlib.

2015-ci il iyunun 17-də 91 yaşında gözlərini əbədi yuman Süleyman Dəmirəl Türkiyədə olduğu kimi Azərbaycanda da xalqımızın sevimlisidir. Doqquzuncu Prezident Süleyman Dəmirəl ilə ümummilli lider Heydər Əliyevin səmimi dostluq və qardaşlıq münasibətləri Azərbaycan-Türkiyə müttəfiqliyinə doğru uzanan əzəmətli yol naminə böyük və sarsılmaz təməl yaradıb.

Hələ böyük dövlət xadiminin öz sağlığında İspartada qurulan “Süleyman Dəmirəlin demokratiyası və inkişaf muzeyi” qardaş Cümhuriyyət tarixinə güzgü salan nadir məkanlardan biridir. Burada türk dünyasının böyük oğlu Süleyman Dəmirəlin zəngin mənalı həyat və fəaliyyətinin ən zərif məqamlarına dair həqiqət nişanələri əksini tapır. Süleyman Dəmirəlin siyasi həyatının Azərbaycan bölümü bu muzeydə xüsusi bir bölmə olaraq qurulub. Orada nümayiş olunan yaxın tariximizin səhifələri təkcə Azərbaycan və Türkiyənin qardaşlığına müttəfiqliyinin deyil, türk dünyasının birliyinə və həmrəyliyinə istiqamətlənən böyük xidmətlərin əks-sədasıdır.

Süleyman Dəmirəl-Heydər Əliyev qardaşlıq münasibətləri türk dünyasının həmrəylik rəmzidir

Siyasi və dövlət xadiminin ən böyük qalibiyyəti zamanı və şəraiti düzgün dəyərləndirərək milli və dövlətçilik maraqlarına uyğun strategiyanın hədəflərinə çatmaq yolunda siyasi iradə və qətiyyət göstərməsidir. Süleyman Dəmirəl və Heydər Əliyev şəxsiyyətlərinin təntənəsinin təməli barədə düşünərkən ilk növbədə Azərbaycan-Türkiyə tarixi qardaşlıq münasibətlərinin yeni təməl prinsipləri xatırlanır.

Beləliklə, dövlətçilik həyatımıza qızıl hərflərlə həkk olunan şərəfli tarixə nəzər salaq: Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasında əlaqələrin əsası 1992-ci ilin martında qoyulub. Ulu öndər Heydər Əliyevin 1992-ci il mart ayının 22-dən 24-dək Türkiyəyə səfəri çərçivəsində “Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında əməkdaşlıq protokolu” imzalanıb, Naxçıvanla Türkiyə Cümhuriyyəti arasında gediş-gəlişi təmin etmək məqsədilə Sədərək-Dilucu körpüsünün tikintisinə başlanılıb. Həmin il mayın 28-də iki ölkə arasında iqtisadi, mədəni, sosial, siyasi əlaqələrin inkişaf simvolu hesab olunan Sədərək-Dilucu körpüsü istifadəyə verilib.

Ümummilli liderimiz Heydər Əliyev körpünün açılması zərurətini belə xarakterizə edib: “Belə bir körpü tikmək bizim bir azərbaycanlı kimi, şəxsən mənim on illərlə qəlbimdə olan arzu idi. Bu fikir mənim qəlbimdə on illərlə yaşayırdı. Mən özümü xoşbəxt hesab edirəm ki, gördüyüm bütün başqa işlərlə bərabər, o ümid, həsrət körpüsünün qısa müddətdə tikilməsinin, yaranmasının təşəbbüskarı oldum”.

Bəli tərəddüd etmədən mühakimə yürüdə bilərik ki, xalq tərəfindən “Ümid” körpüsü adlandırılan “Sədərək-Dilucu” körpüsü sözün əsl mənasında ilk növbədə Azərbaycanı, ölkəmizin ayrılmaz parçası olan Naxçıvanı ümidsizlikdən, inamsızlıqdan xilas etmişdir. Sədərək-Dilucu körpüsü Naxçıvanın üstünü alan qara buludları dağıtdı, işğalçı Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin ifşa edilməsi üçün yeni şərait və zəmin yaratdı.

Süleyman Dəmirəl-Heydər Əliyev dostluq və qardaşlıq münasibətlərinin hər anı, hər günü öz-özlüyündə bir tarixdir. Azərbaycanın uzaqgörən neft strategiyasının həyata vəsiqə qazanması məhz bu iki tarixi şəxsiyyətin birgə qərarları sayəsində mümkün olmuşdur. Hazırda dünyanın aparıcı aeroportları sırasında ciddi rəqabət aparmaq qabiliyyətində olan Heydər Əliyev Beynəlxalq Aeroportunun aerovağzal kompleksinin 1999-cu il oktyabrın 18-də türk dünyasının görkəmli şəxsiyyətləri Heydər Əliyev və Süleyman Dəmirəl tərəfindən birgə açılması tarixi qardaşlıq ənənələrimizə yeni bir çalar qatdı. Həmin gün Prezident Süleyman Dəmirəlin Azərbaycana növbəti səfərinin məhz bu açılışla başlaması iki qardaş ölkənin birlik və həmrəyliyinin sarsılmazlığının nümayişi kimi tarix qazandı.

Səmimi dostluq və qardaşlıq münasibətlərinin təntənəsi!

Süleyman Dəmirəl-Heydər Əliyev dostluq və qardaşlıq münasibətləri Azərbaycan və Türkiyə arasında zəngin dövlətçilik irsinə çevrilib. Son otuz ildə ümumi və ortaq tariximizin dərindən təhlili göstərir ki, xalqlarımız, ölkələrimiz, dövlətlərimiz, vətəndaşlarımız arasında tarixi qardaşlığı qoruyan və təkamül etdirən yeganə düzgün yol məhz dəyərlərə və ənənələrə ehtiram edərək onları yaşatmaqdır.

Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məhz ənənələrə sadiq qalaraq səmimi dostluq və qardaşlıq münasibətlərini qorumaqla iki qardaş ölkə arasında münasibətləri müttəfiqlik zirvəsinə qaldırdılar.

Bəhsimizin sonunda bir daha vurğulamaq istərdik ki, ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!”, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci, sevincimiz, kədəri kədərimizdir!” ifadələri tarixlərə işıq saçıb, müttəfiqliyimizin gələcək yoluna nur çiləyir. Qarşıda isə daha böyük hədəflər var!

 
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB

Şəhid mayor Elsəvər Paşayevin arzusu qızlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

“Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir

Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir

Ramil Məmmədli: Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan məktəbliləri 3 medal qazanıblar

“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər

Britaniyalı nazir: Azərbaycan məlumat infrastrukturu üzrə iddialı planlar həyata keçirir

Ceyhun Bayramov ABŞ rəsmisini regional məsələlər barədə məlumatlandırıb

Professor İlham Məmmədzadə: Azərbaycanın yeni inkişaf modelində suverenlik mərkəzi strateji dəyərdir

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Səbinə Əliyeva: BMT ilə insan hüquqları sahəsində əməkdaşlığın inkişafı vacibdir

ADY: Orta Dəhlizin inkişafında koordinasiya və əməkdaşlıq əsasdır

Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir

Fizika üzrə Nobel mükafatı laureatının adı açıqlanıb

Nazir müavini: Azərbaycanın hava məkanından tranzit uçuşların sayı çoxalıb

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub VİDEO

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür VİDEO

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür VİDEO

Rəşad Həsənov: Orta Dəhlizin imkanları genişləndirilir

Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçilib

Nazir: Azərbaycan ilə Böyük Britaniyanın tranzit yükdaşımalarının həcmi 14 faiz artıb

Nazir müavini: Azərbaycanın nəqliyyat və rəqəmsal imkanları vahid bağlantılılıq konsepsiyasında birləşir

Tbilisidə nazirlər səviyyəsində dialoq: iqlim investisiyaları və regional əməkdaşlıq

Strateji neft ehtiyatlarının azalması qiymətlərin 100 dollardan yuxarı qalacağını deməyə əsas verir

“E-Bələdiyyə” tətbiqi istifadəyə verilib

Beynəlxalq Astronavtika Konqresində “Sülh üçün Kosmos-Antalya Deklarasiyası” qəbul edilib

Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb

19 yaşlı müəllim Fidan Əliyeva: İnsan özünü işində göstərdikcə yaş məsələsi tədricən arxa plana keçir

Müəyyən dövlət müəssisələrinin birbaşa özəl kapitala açılması hədəflənir

Rusiyanın Qara dənizdə mülki gəmiyə hücumu nəticəsində ölən və yaralananlar var

Azərbaycan İstanbul İqtisadi Forumunda təmsil olunacaq

“Bakıya uçuş. İncəsənət həftəsonu”: İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir

“YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışındakı əsas mesajlar” - DİA-da dəyirmi masa

Rafik Danakari: Ağoğlan monastırı Azərbaycan xalqının irsidir

Doqquz ayda dəmir yolları ilə 8,5 milyonadək sərnişin daşınıb

Azərbaycan Standartlaşdırma İnstitutu və Türkiyə Standartlar İnstitutu 2026-2027-ci illər üçün Fəaliyyət Planı imzalayıb

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

QHT sədri: 2027-ci il sosial siyasətdə yeni mərhələnin başlanğıcı olacaq

Qazaxıstan Oman limanları vasitəsilə ticarət dəhlizini inkişaf etdirmək niyyətindədir

Professor: Sülh sazişləri təkcə beynəlxalq hüquqa deyil, həm də dövlətlərin konstitusion sistemlərinə əsaslanır

Elza Səmədova: Builki Astronavtika Konqresində 87 tələbəmizin məqaləsi “Scopus Index” bazasına daxil edilib

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Səudiyyəli yazıçı: Ədəbiyyat yalnız kitab deyil, cəmiyyətləri birləşdirən yumşaq gücdür –MÜSAHİBƏ

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

Fransa yüksək faizlərin təzyiqi altındadır

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Alban-Udi icmasının üzvləri Laçındakı Ağoğlan monastırını ziyarət ediblər

Enerji potensialından yeni iqtisadi imkanlara doğru - ŞƏRH

Fransada gənclərin 76 faizi ölkənin gələcəyindən narahatdırlar

Milli Məclisin sədri PAİ-nin 153-cü Assambleyasının açılış mərasimində iştirak edib

Gerlind Heckmann: Azərbaycan ilə Almaniya arasında iqtisadi sahədə dinamika var

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var VİDEO

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var VİDEO

AQTA: Fransanın aidiyyəti qurumları ilə heyvanların identifikasiyası sahəsində təcrübə mübadiləsi aparılıb

Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və turizm potensialı CİS texnologiyaları ilə araşdırılacaq

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO

Avropa Yenidənqurma və İnkişaf Bankı: Azərbaycanda tənzimləmə mühiti çox sabitdir

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO

“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb

“OpenAI” Avstraliya hökumət saytlarına müdaxilə ilə bağlı reaksiyasını yetərsiz adlandırıb

AİB 2030-cu ilədək özəl sektor kreditləşməsini illik 13 milyard dollara çatdırmağı hədəfləyir