Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sülhə doğru yaşıl enerji körpüsü

Sülhə doğru yaşıl enerji körpüsü

Bakı, 20 dekabr, AZƏRTAC

Dünya siyasi arxitekturasının dəyişdiyinin müşahidə olunduğu bir zamanda, xüsusilə də dördüncü sənaye inqilabının gətirdiyi yeni çağırışlar fonunda hər bir ölkə proseslərin iştirakçısı olaraq öz maraqlarını təmin etməyə çalışır.

Azərbaycan 2020-ci ildə regionda yeni reallıqların yaradılmasında öz imkanlarını səfərbər edərək iştirak etdi və Cənubi Qafqazda davamlı sülhün təmin olunması istiqamətində, habelə postmüharibə dövrünün mükəmməl idarə olunmasını həyata keçirir. Bu istiqamətlərdən biri də beynəlxalq platformalar vasitəsilə Azərbaycan xalqının maraqlarını açıq və aydın ifadə etmək, qarşıya qoyulmuş hədəflərə nail olunmasında daha dərin addımlar atmaqdır.

Bu fikirləri Milli Məclisinin deputatı Məzahir Əfəndiyev AZƏRTAC-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, regionun aparıcı qüvvəsi, lokomotivi olaraq artıq ölkəmizin geosiyasi əhəmiyyətinin, nüfuzunun gündən-günə artdığını müşahidə etməkdəyik. Dünyada, xüsusilə də Avropa qitəsində enerji təchizatı və təhlükəsizliyi bugünkü günün reallıqlarında vacib məsələ olduğundan dünya dövlətlərinin, ələlxüsus Avropa İttifaqının Azərbaycana olan marağını Prezident İlham Əliyev düzgün istifadə edərək bu sahəni də iqtisadiyyatın şaxələndirilməsi, işğaldan azad olunmuş ərazilərə xarici investorların cəlb edilməsi, eyni zamanda, sülhün əldə olunmasında yeni siyasət kimi istifadə edir.

“Rusiya-Ukrayna müharibəsinin qlobal enerji bazarlarına ciddi zərbə vurması enerji ixrac və idxal edən ölkələri daha ehtiyatlı davranmağa, yeni enerji mənbələri axtarmağa məcbur edir. Şübhəsiz ki, belə bir zamanda Azərbaycan kimi zəngin enerji resursları və təcrübəsi olan ölkələrə xüsusi diqqət yetirilir.

Bu baxımdan Buxarestdə Prezident İlham Əliyevin iştirakı ilə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması həm Azərbaycanın beynəlxalq layihələrin idarə və icra olunmasında əhəmiyyətli rolunun göstəricisi, həm də Avropa İttifaqının yeni enerji resurslarına çıxış imkanını artıracaq, eyni zamanda, dövlətlərarası eko-dialoqun inkişafına əməli töhfə verəcəkdir.

Təsadüfi deyil ki, Sazişin imzalanma mərasimində Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen də iştirak edirdi. Xanım Lyayenin qeyd etdiyi kimi, “Bu Saziş Avropa İttifaqını Cənubi Qafqazdakı tərəfdaşlarına daha da yaxınlaşdıracaq və regionlarımıza təmiz enerjiyə keçidə nail olmağa kömək edəcək”.

Son illərdə planetimizdə ekoloji vəziyyətin sərtləşməsi və qarşılaşdığımız ekoloji böhranlar dünyada daim ciddi iqtisadi problemlərlə mübarizədə ölkələri üz-üzə qoymuşdur. Pandemiyanın qlobal iqtisadiyyatı zəiflətməsi ilə yanaşı, son dövrlərdə BMT-yə üzv olan hər bir ölkənin iqlim dəyişikliyi sahəsində ciddi mübarizə tədbirləri görməsi bir çox dövlətlər üçün vəziyyəti daha da həssas etmişdir”, - deyə deputat bildirib.

O qeyd edib ki, günümüzün aktual mövzularından olan iqlim dəyişikliyi ilə mübarizədə, habelə qlobal siyasi problemlərin həllində eko-dialoqun aparılması ən mühüm addımlardan biri hesab olunmalıdır. Son zamanlar dünyada baş verən münaqişələr və iqtisadi kataklizmlər fonunda yaşıl enerjinin vacibliyi daha da aktuallaşıb. Dövlətlər, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyətləri, beynəlxalq təşkilatlar bu gün dünyada ekoloji təhlükəsizliyin təmin olunmasında öz səylərini əsirgəməməlidirlər.

“Yerləşdiyi coğrafi quruluş və iqlim qurşaqlarının müxtəlifliyi deməyə imkan verir ki, Azərbaycan bərpa olunan enerjinin istehsalı və ixracında böyük potensiala malikdir. Bu baxımdan bərpaolunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub.

Son illər Azərbaycan alternativ enerjinin istehsalı və istifadəsi işində çox ciddi addımlar atıb, xüsusilə quruda və dənizdə külək, habelə günəş enerjisinin, ümumilikdə yaşıl enerjinin yaradılması sahəsində uğurlu təcrübə əldə olunub. Bu yaşıl enerji əsasında istehsal olunan elektrik enerjisinin ixracı Azərbaycanın qlobal enerji bazarında yeni dövrün başlanğıcı ola bilər.

Azərbaycan Prezidentinin Sazişin imzalanma mərasimində vurğuladığı kimi, “Bu gün biz Avropaya digər enerji körpüsünü salmağa başlayırıq. Ölkəmiz Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır”.

Azərbaycanın imzaladığı Saziş ölkəmizin növbəti illərdə baş verə biləcək qlobal iqtisadi inqilaba tam hazır olduğunu bir daha sübut etdi. Belə ki, hələ 2015-ci ildə BMT-nin üzv dövlətləri tərəfindən yekdilliklə qəbul olunan Dayanıqlı İnkişaf Məqsədlərində nəzərdə tutulan hədəflərə nail olmaq üçün Azərbaycan hərtərəfli fəaliyyət göstərməkdədir. Dünyada yaşıl iqtisadiyyatın tətbiqinin sürətlənməsi, alternativ enerji mənbələrinin axtarılması və zəruri infrastrukturun hazırlanması, bütövlükdə imzalanan Sazişə əsasən görüləcək işlər 2030 Gündəliyinin çağırışları, xüsusilə də DİM7 (Sərfəli və təmiz enerji), DİM16 (Sülh, ədalət və səmərəli institutlar), DİM17 (Məqsədlər üçün tərəfdaşlıq) hədəfləri ilə eynilik təşkil edir. Bu, öz növbəsində, Azərbaycanın həyata keçirdiyi bütün layihələrdə Dayanıqlı İnkişaf Məqsədlərinin hədəflərini nəzərə aldığının, qlobal gündəliyin icrasına verilən töhfənin bariz nümunəsidir”, - deyən Məzahir Əfəndiyev fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq