Sumqayıt şəhər sakinlərindən bir kiloqramdan artıq narkotik götürülüb
Bakı, 15 mart, AZƏRTAC
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakinləri saxlanılıblar.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum edilmiş Şahlar Məmmədov və Gülşən Qasımova Cəbrayıl Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.
Polis şöbəsində aparılan şəxsi axtarış zamanı G.Qasımovanın əlindəki çantadan 1 kiloqramdan artıq marixuana, 100 qramdan artıq metamfetamin, üzərindən isə heroin, Ş.Məmmədovdan da heroin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]