Sumqayıtda çirkab suların birbaşa Xəzər dənizinə axıdılması faktı aşkarlanıb
Bakı, 7 iyul, AZƏRTAC
Sumqayıt şəhərinin Corat qəsəbəsində Xəzər dənizinin sahil zonasında çirkab suların çimərlik zonasından birbaşa Xəzər dənizinə axıdılması ilə bağlı sosial şəbəkədə yayılan görüntülərlə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları yerində araşdırma aparıblar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həmin əraziyə keçirilən baxış zamanı çirkab suların birbaşa Xəzər dənizinə axıdıldığı aşkarlanıb. Araşdırma zamanı çirkab suların Sumqayıt Su Kanal İdarəsinə məxsus kanalizasiya şəbəkəsindən təxliyə üçün nəzərdə tutulan boru xətdən birbaşa dənizə axıdıldığı müəyyənləşib.
Faktla bağlı Sumqayıt Su Kanal İdarəsinin rəisi Darvin Hüseynov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə olunub.
Belə hallara bir daha yol verilməməsi üçün idarəyə icrası məcburi olan “məcburi göstəriş” verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]