Şura: Qızılın böyük hissəsi zinət əşyalarının hazırlanmasına sərf olunur
Bakı, 16 noyabr, AZƏRTAC
Bəşəriyyətin ilk tanış olduğu metallardan qızılın təyinatı əsrlər boyu çox da dəyişməyib. Dünyada istehsal edilən sarı metalın 49 faizi zinət əşyalarının hazırlanmasına sərf olunur. Bu məsələ Çin və Hindistan kimi ölkələrdə daha kütləvidir. Bu 2 ölkənin əhalisi ənənəvi olaraq qızıl məmulatları alır və nəsildən-nəslə ötürür.
AZƏRTAC xəbər verir ki, bu barədə Dünya Qızıl Şurasının hesabatında bildirilir.
Qeyd olunur ki, dünyadakı qızılın təxminən 20 faizi mərkəzi banklarda saxlanılır. Bu rezervlər ölkələrin maliyyə sabitliyi üçün zəruridir. İqtisadi böhran dövründə qızıl təhlükəsiz liman rolu oynayır.
Qızılın 19 faizi isə birja sövdələşmələrində maliyyə aləti kimi istifadə olunur.
Bu qiymətli metalın 9 faizə qədəri sənaye ehtiyaclarına sərf olunur. Kosmik, elektronika və hərb sənayesində həssas detalların istehsalı üçün qızıl əvəzedilməzdir. Bununla belə, sənayedə istifadə həcminə görə gümüş son 100 ildə hər zaman qızılı üstələyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [22:46]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:37]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:22]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [21:20]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [20:02]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [19:06]