Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sürix fəvvarələr, muzeylər və şokolad şəhəridir

Bakı, 15 noyabr, Emil Eyyubov, AZƏRTAC

İsveçrənin ən iri şəhəri - almandilli Sürix bir çox məziyyətləri ilə şöhrət qazanıb. Sürix İsveçrənin həm maliyyə və iqtisadi mərkəzi, həm də həyat səviyyəsinə görə dünyanın lider şəhərlərindən biridir. Eyni zamanda planetimizin ən bahalı şəhərlərindəndir. Buna baxmayaraq, burada turist əlindən iynə atsan yerə düşməz. Onları şəhərin mənzərəli Limmat çayının sahilində yerləşən tarixi mərkəzinin gözəlliyi, qastronomik özəllikləri, çoxlu sayda qeyri-adi muzeyləri, geniş çeşiddə və hər zövqə uyğun əyləncə seçmək imkanları cəlb edir.

Fəlsəfi yumurta, Altştadt və Banhofştrasse

Qatarımız Bazeldən İsveçrənin ən iri dəmir yolu vağzalına - 1871-ci ildə tikilmiş Sürix mərkəzi stansiyasına gəldi. Platformalardan və qatarlardan başqa vağzalda 190-dan çox mağaza, restoran və xidmət təchizatçılarının ofisi yerləşir. Stansiya binasını əsl sənət əsərləri bəzəyir. Məsələn, əsas vitrajda italyan rəssamı Mario Mertsanın “Fəlsəfi yumurta” installyasiyası görünür. Bu installyasiyada Fibonaççi ədədləri mövzusundan istifadə olunub. Vağzalın əsas binasında insanların başı üzərində hündürlüyü 11 metr, çəkisi 1, 2 ton olan, parlaq rənglərlə boyanmış qadın fiquru asılıb. Bu, fransız-amerikan mənşəli heykəltəraş Niki de Sen-Fallın əsəridir. Döşəmədə, şüşə altında isveçrəli artist, məşhur ”Yello” pop-qrupunun lideri Diter Meyerin “Yüzilliyin kürəsi” əsərini müşahidə etmək olar. Bu əsər 100 il vağzalda saxlanılandan sonra Sürixdəki İsveçrə Milli Muzeyinə veriləcək. 

Sürix vağzalı ilə tanışlıqdan zəngin təəssüratla “Marktgasse Hotel” mehmanxanasına yollandıq. Yaxşı ki, otel mərkəzi dəmir yolu vağzalının bir-iki addımlığındadır. Mehmanxana Köhnə şəhərin düz mərkəzində - Altştadtda, lap Limmat çayının sahilində, Sürix gölünün yaxınlığında yerləşir. Onun üstünlükləri bununla bitmir. XV əsrə aid binada yerləşməsinə baxmayaraq, otelin müasir dizaynı bizi təəccübləndirdi. Otelçilərin yaradıcı yanaşması sayəsində tarixi elementləri - azacıq nahamar döşəmələri qoruyub saxlamaq və onları mehmanxanaya fərdilik verən orijinal tapıntılarla uyğunlaşdırmaq mümkün olub. Məsələn, nömrələrdə boş butulkalar qoyulub. Onları dəhlizlərdəki kranlardan içməli su ilə doldurmaq olar. Müsafirlərə “narahat etməyin” və “təmizlik tələb olunur” sözləri yazılmış lövhələrin yerinə öz nömrələrinin qapılarından qırmızı və yaşıl zolaqları olan iplər asmaq təklif olunur. Nömrəyə daxil olanda sizi otelin nəzdindəki “Delish” restoranının bişintisi qarşılayır. Lobbidə istədiyiniz vaxt özünüzə təzə çay və qəhvə dəmləyə bilərsiniz. Bu oteldə səhər yeməyi də fərqlidir, çünki İsveç masası yoxdur, yeməyi ofisiant gətirir. Nəhayət, mehmanxananın müsafirləri yaxınlıqdakı sağlamlıq mərkəzinə gedib, trenajorlardan, sauna və hamamdan pulsuz istifadə edə bilərlər.

Oteldən çıxanda dərhal dəbdəbəli butikləri, restoran və kafeləri olan qədim dalanlarda qaynayan həyatın içinə düşürsən. Tinə burulan kimi qarşınızda ucsuz-bucaqsız Sürix gölündən ayrılaraq şəhərin tarixi mərkəzi boyunca axan Limmat çayının geniş səthi canlanır.

Çayın hər iki sahili boyunca külli miqdarda görməli məkanlar yerləşir. Bu yerləri bir gün ərzində gəzib-dolaşmaq mümkün deyil. Nadir haldır ki, şəhərdə olduğumuz müddətdə bir dəfə də olsun ictimai nəqliyyatdan istifadə etmədik. Yeri gəlmişkən, Sürixdə ictimai nəqliyyat turistlər üçün pulsuzdur. Amma bizi maraqlandıran bütün obyektlər cəmi bir iki addımlığımızdadır.

Məsələn, götürək dünyanın ən dəbdəbəli ticarət küçəsi olan Banhofştrasseni. “Dəmir yolu küçəsi” kimi tərcümə olunan Banhofştrasse mərkəzi vağzalın binasından ta Sürix gölünədək uzanır. Küçənin hər iki tərəfində çoxlu sayda eksklüziv butiklər, univermaqlar və dizayner mağazaları yerləşir. Sürixin dəfələrlə dünyanın ən bahalı şəhəri sayılmasına baxmayaraq, əslində, burada hər cibə uyğun mallar və brendlər tapmaq mümkündür. Nəzərə alın ki, bazar günləri mağazaların çoxu işləmir. Yalnız dəmir yolu vağzalında və aeroportda ticarət məntəqələri açıqdır.

“Qırmızı qartal” və evdovşanı muzeyi

Bir qədər sonra acdığımızı hiss etdik. Adı çətinliklə tələffüz olunan “Zunfthaus zur Zimmerleuten” restoranında yerli mətbəxlə tanış olmaq qərarına gəldik. Otelimizin yaxınlığında yerləşən bu restoranın terrası düz çayın sahilinə açılır. Onu fərqləndirən cəhət budur ki, “Qırmızı qartal” sənətkarlar gildiyasının qədim binasında yerləşir. Lakin burada o qədər tarixi eksponat var ki, şəksiz, muzeyi əvəzləyə bilər. Menyudan balqabaqdan hazırlanmış krem-şorba və qara əriştə ilə balığın can ətini seçdik. Sifarişimiz hazırlanana qədər binada gəzişməyə başladıq. Bu bina bütün tarixi ərzində dəfələrlə yenidən qurulub. Onun zəmanəmizə gəlib çatmış ən qədim elementləri 1156-cı ilə aiddir. Otaqların divarlarına və tavanlarına taxta üzlük çəkilib. Burada qədim sobalar, gildiyaya daxil olan birliklərin gerblərindən ibarət panno, iri yapma var. İkinci mərtəbədə, gildiyaların kiçik zalında taxta panellərin arxasında təxminən 1410-cu ilə aid orijinal divar rəsmi gizlənib. Bu əsər 10 il əvvəl yenidənqurma işləri zamanı aşkar edilib. Qədim zamanlarda gildiyalar sosial özəklər və insanların ünsiyyət yeri funksiyasını yerinə yetirirdi. “Qırmızı qartal” gildiyası müəyyən mənada həmin tarixi missiyanı bu dəfə restoran formasında davam etdirərək sürixlilərin və şəhərin qonaqlarının görüş yerinə çevrilib. Yeri gəlmişkən, burada bizə populyar yerli “vermişel” desertini təklif etdilər. Biz bu desertin dadına Bazeldə baxmışdıq. Amma burada onun verilməsi qaydası fərqlənirdi. “Vermişel”i bizə pirojna şəklində deyil, boşqabda gətirdilər. Amma şabalıd püresindən hazırlanmış, beze qırıntıları və çalınmış qaymaqla bəzədilmiş bu desert elə həmin şirin “vermişel” idi. 

Köhnə şəhərin arxitektura landşaftında üç hündür tikili - Qrossmünster, Fraumünster və Müqəddəs Pyotr Kilsəsi seçilir. Protestant-reformasiya kilsəsi olan Qrossmünsterin xarakterik qüllələri Sürixin əsas görməli yerlərindən biridir. Onun tikintisi 1090-cı ildə başlanıb və əsası 853-cü ildə Böyük Karlın nəvəsi tərəfindən qoyulmuş Fraumünster qadın monastırından fərqli olaraq əvvəlcə kişi monastırı olub. Köhnə şəhərdə Sürixin ən qədim kilsəsi - 1000-ci ilə aid Müqəddəs Pyotr Kilsəsi mühafizə olunub. Onun qüllə saatı Avropanın ən böyük qüllə saatıdır. Saatın siferblatının diametri 8,7 metr, dəqiqəni göstərən əqrəbinin uzunluğu 4 metrdən bir qədər qısadır. Maraqlıdır ki, 1911-ci ilə kimi bu qüllədən yanğın siqnalı kimi istifadə olunub. Qırmızı bayraq qüllənin hansı tərəfində asılırmışsa, yanğınsöndürənlər şəhərin həmin hissəsinə yollanırmışlar.

İncəsənət və mədəniyyət xiridarları üçün Sürixdə çoxlu sayda muzey, qaleraya və sərgilər fəaliyyət göstərir. Muzeylərin tematikası insanı mat qoyur: incəsənət və dizayn, elm, futbol aləmi, pul və hətta cəhrə. Əlqərəz, burada hər kəs öz zövqünə uyğun muzey tapa bilər. Ən qeyri-adilərinin isə adlarını çəkirik: “Dovşanlar və evdovşanları muzeyi”, “Dinozavrlar muzeyi”, “Üzümçülük muzeyi”, “Tramvaylar muzeyi”, “Cəhrələr muzeyi” və s.

1200 fəvvarə və İsveçrə şokoladının sirri

Sürixi həm də fəvvarələr şəhəri adlandırmaq olar. Burada onların sayı 1200-dən çoxdur. Ən maraqlısı da budur ki, fəvvarələrin hamısının suyu içməlidir. Kran suyunu da rahatca içmək olar. Sürixin ekologiyası ən yüksək səviyyədədir. Limmat çayında çoxlu balıq və su quşları məskunlaşıb. Çayın mənbəyinin başlandığı Sürix gölünü mübaliğəsiz sonalar gölü adlandırmaq olar. Şəhər hüdudlarında bu qədər qu quşunun üzdüyünü biz hələ görməmişdik. Onların sayı onlarcadır. Quşlar sakitcə üzərək insanlara yaxınlaşır və onların əlindən yem yeyirlər. 

Gölün sahilindəki yaraşıqlı meydanda Sürix Opera Teatrı yerləşir. 1891-ci ildə açılmış operanın neoklassik üslubda fasadı olan binasını Motsart, Şekspir, Höte və digər tanınmış incəsənət xadimlərinin büstləri bəzəyir.

Əgər əsl İsveçrə şokoladının dadına baxmamısınızsa, deməli, bu ölkədə olmamısınız. Əgər praline, acı şokolad, yaxud qeyri-adi tərkibli şokolad sevirsinizsə, onda sevincinizin həddi-hüququ olmayacaq. Sürixdə müxtəlif növ şokolad delikatesləri satılan külli miqdarda mağazalar var. Üstəlik, məşhur şokolad brendləri butiklərinin çoxu şokolad hazırlamaq üzrə ustad dərslər təşkil edir. Özümüzü saxlaya bilməyib “Läderach” şokolad atelyesinə yollandıq.

Oğul şokolatye Rudolf Lederax öz şirkətinin əsasını 1962-ci ildə İsveçrənin şərqindəki Qlarus kantonunda qoyub. Hazırda bu brendin bütün dünyada 50 firma mağazası fəaliyyət göstərir. Trüfel istehsalını asanlaşdıran və onların keyfiyyətini artıran nazikqabıqlı və içiboş kürəciklərin istehsalı prosesinin ixtirası üçün patent bu şirkətə məxsusdur. “Kakao paxlalarından tutmuş şokolad mağazasına qədər ən yüksək keyfiyyət” sözləri Lederax ailə müəssisəsinin devizidir. Şirkətin bütün məhsulları əllə hazırlanır. Bu proses qadın şokolatyenin ustad dərsində bizə əyani nümayiş etdirildi. Əvvəlcə bizə kakao paxlalarının haradan gəldiyi və şokoladın necə istehsal olunduğu barədə məlumat verildi. Sən demə, kakao ağacının təzə meyvəsindən şokolad ətri deyil, xiyar qoxusu gəlir. Yalnız qurudulandan və qovrulandan sonra kakao paxlalarından şokolad ətri gəlməyə başlayır. Tünd, südlü və ağ şokolad Qlarusda “Läderach” müəssisələrinin özündə istehsal olunur və qranullarda emalatxanaya gətirilir. Burada xüsusi çənlərdə maye vəziyyətinə gətirilir.

Nəfis tərtibatlı şokolad plitkasını hazırlamaq üçün qənnadçı əvvəlcə şəffaf plastik forma götürür və içərisinə maye şokolad doldurulmuş perqament torbası ilə onun üzərində naxışlar çəkir. Naxışlar quruyana qədər müxtəlif əlavələr - qoz-fındıq, quru meyvə, ədviyyat hazırlanır. Sonra bu əlavələr naxış şəklində olan şokoladdan fərqlənən istənilən növ maye şokoladla qarışdırılır. Şokolad kütləsi donub qalmış naxışların üstündən formaya tökülür və bərabərləşdirilir. Forma 25 dəqiqəliyə soyuducuya qoyulur və artıq şokolad hazırdır. Şokolatye şokoladın hazırlanması prosesini nümayiş etdirəndən sonra ustad dərsin hər bir iştirakçısı müstəqil olaraq özü üçün şokolad plitkası düzəldir. Tədbirin sonunda iştirakçılara adlı sertifikat verilir. Sertifikatda qeyd edilir ki, siz İsveçrə şokoladının hazırlanması üzrə ustasınız.

Sürixdə son şam yeməyini Köhnə şəhərdə zəngin tarixi və ənənələri olan “Zeughauskeller” restoranında yedik. Restoranın binası hələ Kolumbun Amerikanı kəşf etməsindən əvvəl - 1487-ci ildə inşa edilib. Əvvəlcə bu binadan cəbbəxana, yəni silah anbarı kimi istifadə olunub. Restoran kimi 1926-cı ildən fəaliyyətə başlayıb. Silah indi də restoranın tərtibatının əsas mövzusudur. 2006-cı ildən burada Vilhelm Tellin arbaletinin reproduksiyası nümayiş etdirilir. Bu da təsadüfi deyil. 1644-cü ilə aid inventarlaşdırma siyahısına görə, İsveçrənin milli qəhrəmanının əfsanəvi arbaleti məhz bu yerdən asılıb. Sevindirici haldır ki, restoranın menyusu müxtəlif dillərdə tərtib olunub. “Sürixsayağı dana əti” və “Dana qaraciyəri” restoranın şah yeməklərindən sayılır. Amma biz öz damaq dadımıza uyğun olan faraş kartof ilə klyarda balıq, desert olaraq ştrudel sifariş etdik, tox və məmnun halda oranı tərk etdik.

Son söz yerinə

Sürix aeroportunun sərnişinlərə təklif etdiyi qeyri-adi xidmət bizi təəccübləndirdi: təyyarələrin havaya qalxmasını və enməsini müşahidə etmək. Bunun üçün xüsusi müşahidə meydançasına getmək lazımdır. Meydançaya giriş böyüklər üçün 10, uşaqlar üçün 5 İsveçrə frankıdır. Burada kafe və uşaq meydançası var, bütün uçuş-enmə zolağı isə sanki ovcunun içindədir. Uçan təyyarələrin fonunda maraqlı fotolar çəkdirmək olar. 

Əslən İsveçrədən olan tennis ulduzu Rocer Federer ilə birgə foto çəkdirmək Sürix aeroportunun daha bir cəlbedici xidmətidir. Aydın məsələdir ki, dünyanın keçmiş birinci tennisçisi aeroportda daim növbə çəkmir. Hər şey çox sadədir. Aeroportun pavilyonlarından birində quraşdırılan böyük monitorda fasiləsiz olaraq videoçarx nümayiş etdirilir. Videoçarxda boyu bərabərində dayanan Federer arzu edənlərin hamısını onunla qol-boyun şəkil çəkdirməyə dəvət edir, sonra səbirlə “poza alır”. Çox maraqlıdır, deyilmi?

Bakıya Riqadan tranzitlə “airBaltic” aviaşirkətinin reysi ilə uçduq. Riqa aeroportunun bütün biznes-klass sərnişinləri üçün nəzərdə tutulan dəbdəbəli launc zonasını xüsusi qeyd etmək istərdik. Burada nəinki dincəlmək, yaxşı qəlyanaltı etmək və ya mobil texnikanı doldurmaq, həm də ayrıca nömrədə isti duş qəbul etmək və bir qədər yatıb dincini almaq mümkündür. “airBaltic” uçuş müddətində də sərnişinlərinə xüsusi qayğı ilə yanaşır. Məsələn, onları təzə qəzet-jurnalla, isti yeməklərlə və bütün reys ərzində içkilərlə limitsiz təmin edir. Bu cür şəraitdə Riqa-Bakı marşrutu üzrə 3,5 saatlıq uçuş müddəti sanki bir göz qırpımında bitir. Gözünüzü açıb-yumunca evinizdə olursunuz!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü