Şuşada silah-sursat aşkar edilib
Bakı, 19 iyun, AZƏRTAC
İşğaldan azad olunmuş ərazilərdə silah-sursatların, mina və digər partlayıcı vasitələrin aşkarlanması məqsədilə profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Şuşa Rayon Polis Şöbəsi əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının Dövlət Təhlükəsizliyi Xidmətinin müvafiq qurumları ilə birgə keçirdikləri növbəti tədbirlər zamanı şəhər ərazisindən silah-sursat tapılıb. Belə ki, Müxtəlif növ 13 qumbara, 1 avtomat, 1 qumbaraatan, tank əleyhinə 1 mina, müxtəlif növ 20 raket, 26 avtomat sandığı, 1 top mərmisi, müxtəlif çaplı 7124 patron və digər döyüş sursatı aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]