TARKANIN BAKIDA VERDİYİ KONSERT QARDAŞ ÖLKƏNİN KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİ TƏRƏFİNDƏN GENİŞ İŞIQLANDIRILMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, mayın 28-də Türkiyənin bir çox özəl televiziya kanalı məşhur müğənni Tarkanın Bakıda, Tofiq Bəhrəmov adına stadionda Respublika günü münasibəti ilə təşkil olunan konserti haqqında geniş məlumat yaymışdır. Mayın 29-da isə konsert proqramı haqqında xəbərlər Türkiyənin nüfuzlu və yüksək tirajlı “Hürriyyət”, “Milliyyət”, “Radikal”, “Axşam”, ”Türkiyə” və “Zaman” qəzetlərində çap olunmuşdur. Türk jurnalistləri konsertdən sonra Tarkandan müsahibə almışlar. Məşhur türk müğənnisi dünyanın bir çox ölkəsində konsert proqramı ilə çıxış etdiyini və tamaşaçılar tərəfindən rəğbətlə qarşılaşdığını söyləmiş, lakin Bakıda tamamilə başqa əhval-ruhiyyə yaşadığını etiraf etmişdir. Tarkan demişdir ki, Azərbaycana daha öncə gəlmədiyim üçün təəssüf hissi keçirirəm. Buradakı tamaşaçıların mənə yaşatdığı sevinc və qüruru daima yaddaşımda tutacam. Bakıya gəlməyimdən çox məmnunam.
Azərbaycandan sonra müğənni Moskvada da konsert proqramı ilə çıxış etməyi planlaşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]
Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb
- 22.09.2026 [16:51]
Alimlər Marsın erkən dövründə suyun mürəkkəb tarixini üzə çıxarıblar
- 22.09.2026 [16:48]