Tbilisidə 10-dan çox otel fəaliyyətini dayandırıb
Tbilisi, 11 mart, AZƏRTAC
Koronavirusun Gürcüstan iqtisadiyyatına mənfi təsirləri davam edir. Mart-aprel ayları üçün otellərdə bron edilmiş yerlərin 90 faizi ləğv olunub.
AZƏRTAC xəbər verir ki, artıq paytaxt Tbilisidə 10-dan çox otel fəaliyyətini müvəqqəti dayandırıb. Yaxın bir neçə gün ərzində daha bir neçə otelin fəaliyyətini dayandıracağı gözlənilir.
Bölgələrdəki otellərin də eyni addım atacağı bildirilir.
Qeyd edilir ki, otellərin əməkdaşları ödənişsiz məzuniyyətə göndərilib. Otel sahibləri vergilərin ödəmələrinin təxirə salınması ilə bağlı hökumətin qərarını gözləyirlər.
Qeyd edək ki, Gürcüstan hökuməti turizm sektoru üçün böhran əleyhinə plan hazırlayır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]