Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tbilisidə “Heydər Əliyev: Tale yolları” kitabının gürcü dilində təqdimatı olub

Tbilisi, 12 dekabr, AZƏRTAC

Tanınmış rus yazıçısı Nikolay Zenkoviçin müəllifi olduğu “Heydər Əliyev: Tale yolları” kitabı gürcü dilinə tərcümə olunub.

AZƏRTAC xəbər verir ki, dekabrın 12-də Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə Gürcüstan Milli Elmlər Akademiyasında (GMEA) kitabın təqdimat mərasimi keçirilib.

GMEA-nın prezidenti, akademik Georgi Kvesitadze tədbiri açdıqdan sonra ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Akademik bildirib ki, bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümüdür. Onun xatirəsi təkcə Azərbaycanda deyil, Gürcüstanda ehtiramla anılır.

Natiq Azərbaycan xalqının Ümummilli Liderinin Gürcüstanla münasibətlərə verdiyi xüsusi diqqətdən söz açaraq bildirib ki, “Heydər Əliyev: Tale yolları” kitabı gürcü oxucuların böyük marağına səbəb olacaq.

O, kitabı gürcü dilinə tərcümə edən İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin professoru Cabuki Kiriyaya təşəkkürünü bildirib.

Sonra çıxış edən Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Ulu Öndərin azad, müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsindəki və dünyada layiqli yerini tutmasındakı xidmətlərindən söz açıb. Bildirib ki, istər Azərbaycana rəhbərlik etdiyi dövrdə, istərsə də SSRİ kimi nəhəng bir ittifaqın rəhbər strukturlarında çalışdığı vaxtlarda Ulu Öndər Azərbaycanın, eləcə də Cənubi Qafqazın inkişafına daim diqqət göstərib.

Diplomat Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd edib. Bildirib ki, Heydər Əliyevin müəllifi olduğu neft strategiyası, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və digər irimiqyaslı regional layihələr Azərbaycanın və Gürcüstanın inkişafında, suverenliyinin möhkəmlənməsində mühüm rol oynayıb.

“Bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son 15 ildə misli görünməmiş inkişafa nail olub. Son 15 ildə iqtisadiyyatımız azı 3 dəfə inkişaf edib. Davos İqtisadi forumunun reytinq cədvəlində Azərbaycan rəqabətqabiliyyətlilik üzrə 35-ci yerdə, inkişaf edən ölkələr sırasında isə 3-cü pillədə qərarlaşıb. Valyuta ehtiyatlarımız xarici dövlət borcundan 5 dəfə çoxdur. Bütün bunların kökündə ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti durur”, - deyə səfir Dursun Həsənov vurğulayıb.

Milli Məclisin deputatı Rasim Musabəyov çıxışında bildirib ki, müstəqil Azərbaycan üçün Gürcüstan vacib ölkə olub. Heydər Əliyev Gürcüstanla münasibətlərə xüsusi önəm verib. Geosiyasi baxımdan Azərbaycan və Gürcüstan Xəzər və Qara dənizləri arasında körpü rolunu oynayır.

O deyib ki, illər ötdükcə Heydər Əliyevin müəllifi olduğu ideya və layihələrin mahiyyəti daha da böyüyəcək.

Ölkəmizə tez-tez səfər etdiyini vurğulayan Gürcüstan parlamentinin vitse-spikeri, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Z.Dzidziquri bildirib ki, Ulu Öndərin layiqli davamçısı İlham Əliyev bu gün onun siyasətini uğurla davam etdirir.

Gürcüstan ilə Azərbaycanın münasibətlərində heç zaman heç bir problemin olmadığını vurğulayan vitse-spiker bundan sonra da belə olacağına əminliyini vurğulayıb.

Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Əflatun Amaşov bildirib ki, “Heydər Əliyev: Tale yolları” kitabı 2006-cı ildə işıq üzü görüb. Lakin on ildən çox müddətin keçməsinə baxmayaraq, kitab öz aktuallığını qoruyub saxlayıb. Kitabın gürcü dilində çap olunması bunu bir daha sübut edir.

Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Heydər Əliyevin Azərbaycan və Türkiyəni “bir millət, iki dövlət” adlandırdığını qeyd edib. Bildirib ki, Heydər Əliyev Azərbaycan xalqının və bütün türk dünyasının yaddaşında daim yaşayacaq.

Diplomat Türkiyə, Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi layihələrin əhəmiyyətini vurğulayıb. Vurğulayıb ki, bu üç ölkə bölgədə sabitlik, təhlükəsizlik və iqtisadi inkişafa nail olmaq üçün səylərini birləşdiriblər.

Daha sonra çıxış edən gürcü akademiklər, siyasətçilər, ziyalılar ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının, nəqliyyat, infrastruktur layihələrinin əhəmiyyətindən, Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafındakı rolundan, çətin zamanlarda Gürcüstana göstərdiyi yardımlardan danışıb, Ümummilli Liderlə bağlı xoş xatirələrini bölüşüblər.

Sonda Gürcüstanın tanınmış jurnalisti Zurab Dvalinin müəllifi olduğu və ulu öndər Heydər Əliyevə həsr edilmiş “Dostluq əhdi” (Zavet drujbı) sənədli filmi nümayiş olunub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib