TƏHSİL İŞÇİLƏRİ AZAD HƏMKARLAR İTTİFAQI RESPUBLİKA TƏŞKİLATININ KONFRANSI KEÇİRİLMİŞDİR
Tədbir iştirakçıları, öncə, Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Onlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarını ziyarət etmişlər.
TİAHİRT-nin sədri Ədilə Heydərova ötən 5 il ərzində görülən işlər barədə ətraflı məlumat vermişdir.
Konfransda təşkilat üzvlərinin ölkəmizin ictimai-siyasi həyatında rolu, təhsil islahatlarının həyata keçirilməsində əldə edilmiş uğurlar təhlil olunmuşdur.
Sonra ali və orta ixtisas məktəbləri tələbə həmkarlar ittifaqı komitələri barədə əsasnamə təsdiq olunmuş, təşkilati məsələlərə baxılmışdır. Ədilə Heydərova yenidən TİAHİRT-nin sədri seçilmişdir.
Konfransda Prezident İlham Əliyevə müraciət qəbul edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]