Təhsil Nazirliyi: Respublika fənn olimpiadalarında iştirak üçün 30 mindən çox şagird qeydiyyatdan keçib
Bakı, 8 fevral, AZƏRTAC
Respublika fənn olimpiadalarında iştirak etmək üçün 30 mindən çox şagird qeydiyyatdan keçib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, IX, X və XI sinif şagirdlərinin, eyni zamanda, xüsusi istedada malik VIII sinif şagirdlərinin iştirak edəcəyi olimpiadaya ən çox şagird Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, ən az şagird isə fizika və informatika fənlərindən qatılacaq. Şagirdlərə tapşırıqlar Azərbaycan və rus bölmələrinə müvafiq olaraq iki dildə təqdim ediləcək.
Xatırladaq ki, fevralın 10-12-də 2020-2021-ci tədris ili üçün Respublika fənn olimpiadalarının birinci - rayon (şəhər) mərhələsi keçiriləcək. Olimpiadalar ölkənin bütün rayon və şəhərlərində yaradılan 80 müxtəlif mərkəzdə təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:27]
“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu
- 05.10.2026 [17:16]
Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq
- 05.10.2026 [16:23]
BMU “ADEX 2026” sərgisində milli tədqiqatlara töhfəsinə görə təltif olunub
- 05.10.2026 [15:43]