Tələbələr üçün təlim: Ünsiyyət bacarıqları, bədən dili
Bakı, 15 mart, AZƏRTAC
Bakı Dövlət Universitetinin “BDU könüllüləri” təşkilatının Biologiya fakültəsi üzrə üzvləri üçün “İşıqlı Gələcək” Gənclər İctimai Birliyinin sədri Samrin Xanlayev tərəfindən “Ünsiyyət bacarıqları, bədən dili” adlı təlim keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, təlimdə tələbələrə ünsiyyətin müxtəlif formaları haqqında ətraflı məlumat verilib. Bədən dilinin kommunikasiya bacarıqlarına təsiri və ünsiyyətin əsas faktoru olduğu vurğulanıb. Təlimçi ünsiyyət zamanı xüsusi istifadə olunan bədən dilinin incəliklərindən, danışıq zamanı insan fikirlərinin analizindən və jestlərdən danışıb.
Təlim mövzu haqqında simulyasiya oyunu ilə davam edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:50]
Kollec tələbələri Keşikçidağ Kurqanlar Vadisini ziyarət ediblər
- 15.10.2026 [14:42]
Pakistanın Misirdəki səfiri azərbaycanlı tədqiqatçı-alimi təltif edib
- 15.10.2026 [14:26]
BDU-da “QİÇS-lə mübarizə və ailə” mövzusunda təqdimat dinlənilib
- 15.10.2026 [13:21]