“Telekom” komandası Azərbaycan Super Liqasının finalına yüksəlib
Bakı, 28 mart, AZƏRTAC
Martın 28-də Bakı İdman Sarayında qadın voleybol komandaları arasında Azərbaycan Super Liqası yarışlarının yarımfinal mərhələsinin ikinci cavab oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Lokomotiv” komandası “Telekom”u qəbul edib. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə “Telekom” rəqibini 3:2 hesabı ilə məğlub edib.
Komandalar arasında keçirilən ilk oyunda da “Telekom” qalib gəlmişdi - 3:1. Reqlamentə əsasən iki qələbə qazanan komanda həlledici mərhələyə vəsiqə qazanır. Beləliklə, baş məşqçi Zoran Qayiçin yetirmələri iki oyunun nəticəsinə görə ümumi hesabda 2:0 hesabı ilə üstün olaraq yarışlarının finalına adlayıb.