Təlimlərdə qoşunların gecə vaxtı yerdəyişməsi keçirilib
Bakı, 19 may, AZƏRTAC
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimlərində qoşunlar döyüş təyinatı rayonlarına gecə vaxtı çıxarılma tapşırıqlarını yerinə yetiriblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qüvvələr vaxt, marşrut, tapşırıqlar üzrə gecə və məhdud görüntü şəraitində yürüş ediblər.