Terens Krouford boks üzrə mütləq dünya çempionu oldu
Bakı, 30 iyul, AZƏRTAC
Amerikalı boksçu Terens Krouford 12 raunddan ibarət döyüşdə Errol Spensi məğlub edib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Las-Veqasda (ABŞ, Nevada ştatı) keçirilən qarşılaşma 9-cu raundda nokautla başa çatıb.
Terens Krouford 66,68 kq çəki dərəcəsində mütləq dünya çempionu olub. O, Ümumdünya Boks Təşkilatının (WBO) titulunu qoruyub və Ümumdünya Boks Şurası (WBC), Beynəlxalq Boks Federasiyası (IBF) və Ümumdünya Boks Assosiasiyasının (WBA) Spensə məxsus titullarını alıb. Krouford 2018-ci ildən WBO kəmərinin sahibidir və onu yeddinci dəfə qoruyub.
Otuz beş yaşlı amerikalı peşəkar rinqdə indiyədək məğlub olmayıb - 40 qələbə (31 nokautla). O, qələbə seriyasını 11 döyüşə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [12:56]