Təsviri incəsənət müəllimliyi ixtisası üzrə Gəncə şəhərində qabiliyyət imtahanı verən abituriyentlərin nəzərinə
Bakı, 24 iyul, AZƏRTAC
Cari il iyulun 28-29-da Gəncə şəhərində təsviri incəsənət müəllimliyi ixtisası üzrə qabiliyyət imtahanları keçiriləcək. İmtahanlar Məhəmməd Füzuli adına 22 nömrəli tam orta məktəbdə təşkil edilir.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, abituriyentlər qabiliyyət imtahanında iştirak etmək üçün “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
Qabiliyyət imtahanlarının qrafiki ilə DİM-in saytında tanış olmaq olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:24]
Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub
- 29.09.2026 [13:09]
Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu
- 29.09.2026 [12:49]