Tokioda GUAM ölkələrinin nümayəndələri üçün turizm üzrə seminar keçirilmişdir
Kiyev, 1 mart (AZƏRTAC). GUAM katibliyinin rəsmi saytında yer almış məlumata görə, fevralın 13-26-da Tokioda GUAM-a üzv olan ölkələrin nümayəndələri üçün “Turizmin inkişafı və Yaponiya bazarına istiqamətlənmiş marketinq” mövzusunda seminar keçirilmişdir.
Forumda GUAM ölkələri turizm administrasiyalarının və turoperatorlarının nümayəndələri, habelə qurumun katibliyinin proqram əlaqələndiricisi Səbuhi Temirov iştirak etmişlər.
Seminarda turizmin inkişafı və GUAM ölkələrinin birgə turizm məhsulunun Yaponiya bazarına çıxarılması, gündoğar ölkədə turizm biznesinin spesifikası, habelə Yaponiya Turizm Agentlikləri Assosiasiyasının rolu və əhəmiyyəti məsələləri müzakirə edilmişdir.
Seminar iştirakçıları birgə turizm məhsulunu Yaponiyanın əlaqədar turizm agentliklərinə təqdim etmiş, Mile post marketinq şirkətinin təşkil etdiyi media-forumda iştirak etmişlər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]