REGİONLAR
Tovuzda küləkli hava bədbəxt hadisə ilə nəticələnib VİDEO
Tovuz, 23 sentyabr, AZƏRTAC
Tovuzda küləkli hava bədbəxt hadisə ilə nəticələnib. Güclü külək zamanı aşan ağac bir azyaşlı və bir yeniyetmənin həyatına son qoyub.
AZƏRTAC xəbər verir ki, küləkli hava şəraiti səbəbindən iri gövdəli ağac azyaşlı və yeniyetmə gəncin üzərinə aşıb. Hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb. On yeddi yaşlı Telman Allahverdiyev qonşusu üç yaşlı Fərid Zeynalovu küçədə oynayarkən qucağına alıb ki, evlərinə aparsın.Bu zaman qəfildən başlayan güclü külək çinar ağacını kökündən çıxarıb və ağacın gövdəsi Telmanın üzərinə aşıb. Nəticədə Telman və azyaşlı aldığı xəsarətlərdən hadisə yerindəcə dünyalarını dəyişiblər.
Faktla bağlı araşdırma aparılır.
Tovuzda külək bir neçə kənddə elektrik dirəklərini də aşırıb, xətlər qırılıb. Nəticədə rayonun Yuxarı Öysüzlü, Əlibəyli, Mülkülü və Hacallı kəndlərinə elektrik enerjisinin verilməsi dayandırılıb.