Tramp ABŞ-ın texnologiya şirkətlərini təqib edənləri rüsumlarla hədələyib
Bakı, 26 avqust, AZƏRTAC
Prezident Donald Tramp ABŞ texnologiya şirkətlərinə rəqəmsal vergilər tətbiq edəcək ölkələrə rüsumları artıracağını və Amerika çiplərinin tədarükünə məhdudiyyətlər qoyacağını vəd edib.
AZƏRTAC xəbər verir ki, bu barədə o, “Truth Social” hesabında yazıb.
"Birləşmiş Ştatların Prezidenti kimi mən bizim texnoloji şirkətlərimizi hədəf alan hökumətlərə qarşı duracağam. Rəqəmsal vergilər, rəqəmsal xidmətlər haqqında qanunlar və rəqəmsal bazarların tənzimlənməsi Amerika texnologiyasına zərər vermək və ayrı-seçkilik etmək üçün nəzərdə tutulub", - deyə o qeyd edib.
Trampın sözlərinə görə, buna dərhal son qoyulmalıdır. “Mən rəqəmsal vergilərə, qanunlara, qaydalara malik olan bütün ölkələrə xəbərdarlıq edirəm ki, bu ayrı-seçkilik tədbirləri aradan qaldırılmasa, mən Birləşmiş Ştatların Prezidenti kimi onların ABŞ-a ixracına əhəmiyyətli əlavə tariflər tətbiq edəcəyəm və yüksək təhlükəsiz texnologiya və çiplərimizin bu ölkələrə ixracına məhdudiyyətlər qoyacağam. Amerikaya və heyrətamiz texnoloji şirkətlərimizə hörmət göstərin və ya nəticələri barədə düşünün" – deyə Tramp vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]