Tramp BBC-ni məhkəməyə verəcək
London, 15 noyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp BBC-nin “Panorama” proqramının onun çıxışlarından birini dəyişdirdiyini bildirərək, kanala qarşı 5 milyard dollar məbləğində iddia qaldıracağını açıqlayıb.
AZƏRTAC “The Telegraph” qəzetinə istinadla xəbər verir ki, D.Tramp iddianın gələn həftə rəsmi olaraq təqdim ediləcəyini deyib və məbləğin 1 milyard ilə 5 milyard dollar arasında olacağını qeyd edib.
“Düşünürəm ki, bunu etməliyəm”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti əlavə edib ki, hadisə nəticəsində Böyük Britaniyanın Baş naziri Kir Starmer ona çox utandığını deyib və Tramp həftəsonu bu məsələ ilə bağlı Baş nazir ilə danışacağını vurğulayıb.
BBC cümə axşamı Trampdan üzr istəyib və montajı səhv qərar adlandırıb. Hadisə BBC-ni son onilliklərin ən ciddi böhranı ilə üz-üzə qoyub, iki yüksəkvəzifəli rəhbərin istefasına və quruma siyasi təzyiqlərin artmasına səbəb olub.
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]
Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb
- 22.09.2026 [16:51]
Alimlər Marsın erkən dövründə suyun mürəkkəb tarixini üzə çıxarıblar
- 22.09.2026 [16:48]
Yunanıstan Egey dənizinin cənub-şərqində dron uçuşlarını qadağan edib
- 22.09.2026 [16:36]