Trans-Avropa Tədqiqat və Təhsil Şəbəkəsi Assosiasiyasının builki konfransı onlayn rejimdə keçiriləcək
Bakı, 18 iyun, AZƏRTAC
İyunun 21-25-də Trans-Avropa Tədqiqat və Təhsil Şəbəkəsi Assosiasiyasının (TERENA Networking Conference - TNC 21) 36-cı konfransı keçiriləcək.
AZƏRTAC “ict.az” saytına istinadən xəbər verir ki, COVID-19 pandemiyası ilə əlaqədar olaraq TNC 21 konfransı ilk dəfə olaraq onlayn rejimdə olacaq.
Avropanın Elm və Təhsil Şəbəkələri Assosiasiyasının (GEANT) mühüm tədbirlərindən olan TNC ən böyük elm və təhsil şəbəkə konfransıdır. TNC konfransı iştirakçılara tədqiqat şəbəkəsindəki ən son yenilikləri, həmçinin elm, praktika və idarəetmə sahələrində innovativ baxışları təqdim edir.
Bu mötəbər tədbir hər il dünyanın müxtəlif ölkələrinin elmi təşkilatları və universitetlərindən olan alim və tədqiqatçıları, həmçinin sənaye şəbəkələri, kibertəhlükəsizlik və s. kimi sahələrin mütəxəssislərini bir araya gətirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [19:41]
YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib
- 14.10.2026 [18:00]
Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”
- 14.10.2026 [17:25]
BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş
- 14.10.2026 [17:14]
“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir
- 14.10.2026 [17:10]