Turist axını “tısbağa adası”nı fəlakətlə üz-üzə qoyub
Bakı, 5 iyul, AZƏRTAC
Siam körfəzində yerləşən Tau adası turist axını və yağışın azalması nəticəsində ciddi su böhranı ilə üzləşib. Tailanda məxsus olan və “tısbağa adası” adlandırılan bu ada tanınmış turizm mərkəzlərindən biridir.
AZƏRTAC “Independent” agentliyinə istinadla xəbər verir ki, turistlərin axınına məruz qalan ada fəlakətlə qarşı-qarşıyadır. Adadakı iki su anbarının və Hin Lard şəlaləsinin suyunun azalması ciddi narahatlığa səbəb olub. Tailand rəsmiləri artıq bununla bağlı ciddi addımlar atmağa başlayıblar.
Vaxtilə Tau adasının sahillərində çoxlu dəniz tısbağaları yaşayıb. Son dövrlərdə isə tısbağalar yoxa çıxıb. Çünki turist axını ilə əlaqədar adanın sahil əraziləri çimərlik və otellərlə doludur.
Qeyd edək ki, 1933-ci ildən 1947-ci ilə qədər Tau adasında siyasi məhbusların saxlanıldığı həbsxana fəaliyyət göstərib.