Turistlər üçün səfər sığortası ilə bağlı müzakirələr aparılıb
Bakı, 28 aprel, AZƏRTAC
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə səfər sığortası üzrə işçi qrupunun görüşü keçirilib.
ASA-dan AZƏRTAC-a verilən məlumata görə, görüşdə səfər sığortasının həm daxili, həm xarici turizmdə aktiv istifadəsinin təmin edilməsi üzrə müzakirələr aparılıb. Görüş zamanı beynəlxalq təcrübədə ölkəyə daxil olan turistlər üçün səfər sığortasının məcburi qaydada tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.
Eyni zamanda, turizm şirkətlərinin istehlakçılar qarşısında məsuliyyətinin müəyyən edilməsi üçün məsuliyyət sığortasının yaradılmasının əhəmiyyəti vurğulanıb.
Görüş zamanı Azərbaycan Turizm Assosiasiyası (AZTA) tərəfindən turizm sektorunda səfər sığortasının tətbiqi üçün mövcud problemli məqamlar və bununla bağlı həll metodları səsləndirilib.
Görüşün yekunu olaraq sığortaçılar səfər sığortasının ölkəyə daxil olan turistlərə münasibətdə məcburi qaydada tətbiqi ilə bağlı “Turizm haqqında” Qanuna dəyişiklik təklifi və təklifin hazırlanmasından sonra müvafiq qurumlara müraciət edilməsi qərara alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.07.2026 [17:56]
Bu ilin birinci yarısında hotellərin gəlirləri 279 milyon manat olub
- 20.07.2026 [14:19]
Moskvada Azərbaycanın turizm potensialı təqdim olunub
- 15.07.2026 [12:26]
“Şahdağ” Turizm Mərkəzində “TourismLAB” yay düşərgəsi təşkil olunub
- 09.07.2026 [14:26]
Naftalanda müalicə turizmi ilə aqroturizmi birləşdirən infotur
Bu saata olan əsas xəbərlər
- [20:00]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]