Turizm Etikası üzrə Dünya Komitəsinə yeni sədr seçilmişdir
Bakı, 7 sentyabr (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Afrikanın Zambiya və Zimbabve respublikalarının birgə təşkilatçılığı ilə BMT-nin Dünya Turizm Təşkilatının (DTT) Baş Assambleyasının XX sessiyası keçirilmişdir.
AZƏRTAC DTT-nin rəsmi saytına istinadla xəbər verir ki, Azərbaycanın qurumun İcraiyyə Şurasının üzvlüyünə qəbul olunduğu sessiyada Dünya Ticarət Təşkilatının keçmiş baş direktoru Paskal Lami DTT-nin Turizm Etikası üzrə Dünya Komitəsinə yeni sədr seçilmişdir.
Turizm Etikası üzrə Dünya Komitəsi DTT-nin Turizm Etikası üzrə Qlobal Kodeksinin şərhinə, tətbiqinə və vəziyyəti qiymətləndirməsinə məsul olan müstəqil təşkilatdır. Komitənin vəzifəsi kodeksin təbliği və yayılması, həmçinin onun həyata keçirilməsinə nəzarət və qiymətləndirmədir.
DTT-nin Baş Assambleyasının XX sessiyasında Turizm Etikası üzrə Dünya Komitəsinin üzvləri və alternativ üzvlər də seçilmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]