Turizm və Menecment Universiteti beynəlxalq əlaqələrini genişləndirir
Bakı, 4 aprel, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ali təhsil müəssisəsinin rəhbər heyəti ilə Rusiyanın Sankt-Peterburq Turizm və Qonaqpərvərlik üzrə Beynəlxalq Kompetensiya Mərkəzinin nümayəndələri arasında görüş keçirilib.
Bu barədə AZƏRTAC-a ATMU-dan bildirilib. Görüşdə ATMU-nun rektoru İlham Mədətov Azərbaycan-Rusiya münasibətlərinin bütün istiqamətlərində, o cümlədən təhsil və turizm sahələrində inkişaf etdiyini diqqətə çatdırıb. Rektor turizm təhsili verən ali məktəblər arasında ölkə miqyasında ilk dəfə beynəlxalq ikili diplom proqramını həyata keçirən ATMU-da təhsil sistemindən, mövcud fakültələr və beynəlxalq əlaqələrin dinamik inkişafı məsələlərindən ətraflı bəhs edib.
Qonaqlar yaxın gələcəkdə iki qurum arasında mümkün əməkdaşlıq əlaqələrinin genişlənəcəyinə əmin olduqlarını ifadə ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:50]
Kollec tələbələri Keşikçidağ Kurqanlar Vadisini ziyarət ediblər
- 15.10.2026 [14:42]
Pakistanın Misirdəki səfiri azərbaycanlı tədqiqatçı-alimi təltif edib
- 15.10.2026 [14:26]
BDU-da “QİÇS-lə mübarizə və ailə” mövzusunda təqdimat dinlənilib
- 15.10.2026 [13:21]