TÜRK REJİSSORUNUN BÖYÜK MÜVƏFFƏQİYYƏTİ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Türkiyənin tanınmış yazıçısı və kino rejissoru Nuri Bilge Ceylanın çəkdiyi “Uzaq” adlı bədii film ölkədə və xaricdə böyük müvəffəqiyyət qazanmışdır. 2003-cü ildə “Uzaq” filmi Kann şəhərində keçirilən nüfuzlu kinofestivalda baş mükafata, Çikaqo beynəlxalq film festivalında gümüş medala layiq görülmüş, İstanbul film festivalında birinci yeri tutmuşdur. Martın 12-dən etibarən bu bədii film ABŞ-ın bir çox şəhərində nümayiş etdiriləcəkdir.
Filmin ssenari müəllifi və rejissoru müəllifin özüdür. Bu ekran əsəri Tənqidçilərin Beynəlxalq Federasiyası tərəfindən 2003-cü ilin ən yaxşı filmi seçilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:49]
İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi
- 29.09.2026 [20:37]