Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop Milli Məclisdə çıxış edib

Bakı, 20 oktyabr, AZƏRTAC

Oktyabrın 20-də Milli Məclisin payız sessiyasının növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclisin Sədri Sahibə Qafarova Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopu və onun rəhbərlik etdiyi nümayəndə heyətini Milli Məclisdə salamlayıb.

Milli Məclisin Sədri Azərbaycanın və Türkiyənin qanı, canı bir olan qardaş xalqlar olduğunu bildirib: “Ölkələrimiz arasında münasibətlər ulu öndər Heydər Əliyevin ifadə etdiyi “bir millət, iki dövlət” prinsipi üzərində qurulub. Bizim dostluğumuz və qardaşlığımız əbədi və sarsılmazdır. Azərbaycan və Türkiyə həmişə bir-birinə güvəniblər, güvənirlər və güvənəcəklər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, dünyada ikinci belə ölkələr yoxdur ki, bir-birinə bu qədər yaxın olsun. Azərbaycan daim Türkiyəni yanında hiss edib, onun qardaş köməyinə arxalanıb”.

Sahibə Qafarova qeyd edib ki, Ermənistanın silahlı təxribatına və işğalçılıq siyasətinə son qoymaq üçün Azərbaycan Ordusunun apardığı əks-hücum əməliyyatları zamanı dünya bu qardaşlığın bir daha şahidi oldu. Prezident Rəcəb Tayyib Ərdoğanın, Türkiyənin siyasi, hərbi və dövlət xadimlərinin verdiyi bəyanatlar və tutduğu qəti mövqe hər kəsə göstərdi ki, Azərbaycan xalqı haqq işi uğrunda mübarizədə tək deyil. Türkiyə hər yerdə Azərbaycanın yanındadır. Bu gün Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopun Azərbaycanda olması da bizim birliyimizin və qardaşlığımızın daha bir ifadəsidir.

Milli Məclisin Sədri daha sonra Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopun həyat və fəaliyyəti haqqında deputatlara məlumat verib.

Sonra Milli Məclisdə çıxış edən Mustafa Şentop Prezident Rəcəb Tayyib Ərdoğanın, Türkiyə Böyük Millət Məclisinin və türk millətinin Azərbaycana salamlarını çatdırıb. O bildirib ki, bu ali məclisdə Azərbaycanın haqlı davasına və şanlı mübarizəsinə dəstək verən fərqli partiyalardan olan millət vəkilləri ilə birlikdə iştirak edir. Otuz ilə yaxındır ki, Azərbaycanın qədim torpaqlarının beşdəbiri işğal altındadır. Türkiyə də bu günə qədər olduğu kimi, bundan sonra da haqlı davasında və Vətən müharibəsində can qardaşlarının yanında yer alacaq. Türkiyə və Azərbaycan dünyada başqa iki ölkə arasında bənzəri olmayan yaxın münasibətlərə malikdir.

Gücü qəhrəman Azərbaycan əsgərlərinə çatmayan, cəbhədə qəhrəman Azərbaycan Ordusu qarşısında arxaya baxmadan qaçan Ermənistan əsgərləri məsum mülki insanları öldürməyə, mülki hədəflərə hücum etməyə davam edir. Bu gün Qafqazın və bölgəmizin yenidən sülhə və sabitliyə qovuşması, yalnız və yalnız Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını dərhal tərk etməsi ilə mümkün ola bilər. Dövlət başçısı İlham Əliyevin də ifadə etdiyi kimi, Azərbaycanın bir 30 il də gözləməyə vaxtı yoxdur.

Mustafa Şentop diqqətə çatdırıb ki, beynəlxalq ictimaiyyət ikiüzlü yanaşmalardan artıq əl çəkməlidir. Birləşmiş Millətlər Təşkilatının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə var. Ermənistan ordusunun işğal etdiyi torpaqlardan dərhal, qeyd-şərtsiz və tam olaraq çəkilməsi tələb edilən bu qətnamələri rəsmi Yerevan indiyə qədər heçə sayıb. ATƏT-in Minsk qrupu problemi həll etmək üçün indiyə qədər heç bir iradə göstərməyib.

TBMM-in Sədri qeyd edib ki, Ermənistan keçmişdə törətdiyi cinayətlərin cəzasını çəkmədiyinə görə fürsət tapdıqca yenidən Azərbaycan torpaqlarına hücum edir. Ancaq bu dəfə heç gözləmədiyi bir reaksiya ilə qarşılaşdı. Qəhrəman Azərbaycan Ordusu Ermənistanın təcavüzlərinə cavab vermək və Qarabağı işğaldan azad etmək üçün sürətlə hərəkətə başladı. Qarabağdakı bir çox ərazilər işğaldan azad edildi. İnşallah, bütün torpaqlar işğaldan azad ediləcək.

Mustafa Şentop bildirib ki, tarixin gedişinin dəyişməyə başladığı günlərdən keçirik. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının islahatlara ehtiyacı var. İkili standartlardan uzaq, bütün dövlətlərin bərabərliyinə əsaslanan, bütün insanların bərabərliyinə inanan yeni bir dünyanın qurulması lazımdır.

Çıxışının sonunda TBMM-in sədri Mustafa Şentop Türkiyənin bundan sonra da Azərbaycanın haqq işində onun yanında olacağını bir daha vurğulayıb.

Milli Məclisin Sədri Sahibə Qafarova Mustafa Şentopun çıxışını Azərbaycan parlamentinin tarixinin ən önəmli səhifələrindən biri kimi dəyərləndirib.

Fasilədən sonra Sahibə Qafarova çıxış edərək qeyd edib ki, son dövrdə Milli Məclisin hər iclasında biz Azərbaycan Ordusunun xalqımıza yaşatdığı qələbə sevinclərini bölüşürük. Hər gün əsgər və zabitlərimiz döyüş meydanlarında qəhrəmanlıq nümunələri göstərir, yeni-yeni yaşayış məntəqələrimizi düşmən tapdağından azad edirlər.

Spiker bildirib ki, Vətən müharibəsində bizim hədəfimiz bəllidir. Bu hədəfi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dəqiq müəyyən edib: “...Ərazi bütövlüyümüzün bərpası bizim üçün bir nömrəli vəzifədir.

...Bu gün müzəffər Azərbaycan Ordusu öz məqsədinə çatır və çatacaq, bizim ərazi bütövlüyümüz bərpa edilir və ediləcək.

Heç bir qüvvə bizi dayandıra bilməz. Heç bir qüvvə Azərbaycan xalqının iradəsi qarşısında duruş gətirə bilməz”.

Milli Məclisin Sədri deyib: “Xalqımız dəfələrlə əmin olub ki, bu günədək möhtərəm Prezidentimizin dediyi hər bir söz həyata keçib. Onun irəli sürdüyü bütün planlar ölkəmizin və xalqımızın həyatında öz təcəssümünü tapıb. İndi də xalqımız əmindir ki, Azərbaycanın haqq işi uğrunda mübarizəsinin qələbə ilə başa çatacağı gün uzaqda deyil. Bunu düşmən də yaxşı bilir. Ona görə məğlubiyyətini uzatmaq üçün ən çirkin vasitələrə əl atır, müharibə cinayətləri törədərək cəbhə bölgəsindən kənarda olan şəhər və kəndlərimizi ən dağıdıcı silahlarla atəşə tutur, dinc əhalimizi, o cümlədən qadın və uşaqlarımızı qətlə yetirir. Ancaq düşmən bunu da bilməlidir və bilir ki, xaincəsinə törətdiyi cinayətlərin heç biri cəzasız qalmır və qalmayacaq”.

Çıxışının sonunda Sahibə Qafarova döyüş meydanlarında və dinc yaşayış məntəqələrimizdə şəhid olan insanlarımıza Allahdan rəhmət diləyib, yaralılarımızın tezliklə sağalmasını arzulayıb.

Sonra deputatlar cari məsələlərlə bağlı fikirlərini bildiriblər. Komitə sədrləri Zahid Oruc, Siyavuş Novruzov, Qənirə Paşayeva, Hicran Hüseynova, deputatlar Fəzail Ağamalı, Əli Məsimli, Elman Nəsirov, Bəhruz Məhərrəmov, Hikmət Məmmədov, Jalə Əliyeva, Sahib Alıyev, Fatma Yıldırım, Musa Qasımlı, Malik Həsənov, Əziz Ələkbərov bildiriblər ki, bu taleyüklü günlərdə Türkiyə Böyük Millət Məclisi Sədrinin ölkəmizə səfəri Azərbaycan dövlətinə, onun rəhbərinə göstərilən ehtiramdır. Bu qardaşlıq münasibəti bizim siyasi mövqeyimizi möhkəmləndirir. Qeyd edilib ki, Ali Baş komandanın rəhbərliyi ilə qəhrəman əsgərlərimiz işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda ciddi addımlar atırlar. Xalqımız öz tarixinin önəmli səhifələrini yazır. Son 30 ildə ilk dəfə Azərbaycan xalqı işğal olunmuş torpaqlarının geri qaytarılmasına nail olur. Bu gün bizim əsas gücümüz xalq, dövlət və ordu birliyindədir. Bu gün hər bir Azərbaycan vətəndaşı ölkə Prezidentinin ətrafında sıx birləşib.

Sonra iclasın gündəliyinə daxil edilmiş qanun layihələrinin müzakirəsinə başlanılıb.

Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası qanununun layihəsini üçüncü oxunuşda təqdim edib. Bildirilib ki, qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında insan orqanlarının və toxumalarının donorluğunun və onların transplantasiyasının hüquqi əsaslarını, donorların, resipiyentlərin, orqan transplantasiyası sahəsində fəaliyyət göstərən tibb müəssisələrinin və tibb işçilərinin hüquqlarını və vəzifələrini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir. Diqqətə çatdırılıb ki, qanun layihəsi Milli Məclisin 30 sentyabr və 6 oktyabr tarixli plenar iclaslarında geniş müzakirə olunaraq iki oxunuşda qəbul olunub. Qanun layihəsinin birinci oxunuşu zamanı millət vəkillərinin verdiyi təkliflər tibb ekspertlərinin iştirakı ilə Səhiyyə komitəsinin iclasında müzakirə olunub. Onların bir qismi layihənin son variantında öz əksini tapıb. İkinci oxunuşda heç bir irad və təklif bildirilməyib. Qeyd edilib ki, qanun ölkəmizdə transplantologiyanın daha da inkişafına təkan verəcək.

Qanun layihəsi üçüncü oxunuşda təsdiq edilib.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə məlumat verib. Komitə sədri qanunda nəzərdə tutulan dəyişikliyin mahiyyəti ilə bağlı bildirib ki, müvafiq icra hakimiyyəti orqanında birbaşa kadr zabit heyətinə könüllü daxil olan vətəndaşlar bir qayda olaraq dövlət sirrinin daşıyıcıları olurlar. Qanuna ediləcək dəyişiklikdən öncə vətəndaş könüllü olaraq zabit kimi xidmətə qəbul edildikdə 1 il 6 ay xidmət etdikdən sonra həmin xidmətdən tərxis ola bilirdi. Təklif olunan dəyişikliyə əsasən, həmin şəxslər qiymətləndirmə yolu ilə birbaşa kadr zabit heyətinə keçirilirlər və yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.9-cu maddəsinə və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinə müvafiq olaraq azı 10 il xidmət etdikdən sonra ehtiyata buraxıla bilərlər.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təqdim edib. Qeyd olunub ki, sənədin 4 maddəsinə təklif edilən dəyişikliklər qanunun bəzi müddəalarının təkmilləşdirilməsini nəzərdə tutur. Belə ki, qanunun müvafiq maddələrinə “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası” anlayışının daxil edilməsi, eyni zamanda, “xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)” ifadəsinin “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” ifadəsi ilə əvəz edilməsi təklif olunur. Bununla da ali təhsil diplomlarının tanınması proseduru təkmilləşdiriləcək, tanınan sənədlərin əhatə dairəsi genişləndirilərək ali təhsilə aid olan və ya ali təhsilə qəbul olunmaq imkanı verən subbakalavr diplomlarının da tanınma imkanı və proseduru yaradılacaq.

Komitə sədri deyib ki, xarici ölkələrin səlahiyyətli orqanları tərəfindən verilmiş subbakalavr diplomlarının tanınması ilə xaricdə bu təhsili almış vətəndaşlarımızın, həmçinin əcnəbi və vətəndaşlığı olmayan şəxslərin təhsillərini ölkəmizdə növbəti pillələrdə davam etdirmək imkanları yaranacaqdır.

Komitə sədri Siyavuş Novruzov, deputatlar Razi Nurullayev, Vüqar Bayramov, Emin Hacıyev, Rüfət Quliyev öz çıxışlarında dəyişikliklərin əhəmiyyəti barədə fikirlərini söyləyiblər.

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda təsdiq edilib.

Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev sonra “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə layihəni birinci oxunuşda diqqətə çatdırıb. Bildirilib ki, qanun layihəsi “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə uyğun olaraq hazırlanıb və terminologiyanın eyniləşdirilməsi məqsədi daşıyır. Dəyişikliyə əsasən, qanunda “kvalifikasiya” anlayışı bir qədər dəqiqləşdirilib. Bu anlayışın yeni variantda açıqlaması “şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunun dövlət təhsil sənədi ilə təsdiq edilməsi” kimi verilib.

Qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Bununla da Milli Məclisin plenar iclası başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib