Türkiyə bu gündən gəmilərin boğazlardan tranziti üçün rüsumları artırır
Bakı, 1 iyul, AZƏRTAC
Bu gündən Türkiyə boğazlarından dayanmadan keçən beynəlxalq gəmilərdən alınacaq rüsumlarda artırılmış tariflərin tətbiqinə başlanılır.
AZƏRTAC “TRT Haber”ə istinadla xəbər verir ki, ticarət gəmilərinin Bosfor və Çanaqqala boğazlarından tranziti üçün rüsumları 4,42 ABŞ dollarına qaldırılıb.
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülqadir Uraloğlu bildirib ki, bu artım boğazlardan əldə edilən gəliri artacaq. Bildirib ki, keçən ilin oktyabrından gəmilərin boğazlardan keçməsinə görə ödənişlər xalis tonaj üçün 4,08 ABŞ dolları təşkil edib.
A.Uraloğlunun sözlərinə görə, Türkiyə Prezidentinin təsdiqlədiyi qərara əsasən, boğaz keçid haqları hər il iyulun 1-də avtomatik olaraq yenidən hesablanacaq və yenilənəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]
Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb
- 10.08.2026 [14:41]
Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir
- 10.08.2026 [14:13]
La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib
- 10.08.2026 [13:40]
Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər
- 10.08.2026 [13:09]