Türkiyə kuboku: “Antalyaspor” və “Qaziantep FK” komandaları növbəti mərhələyə vəsiqə qazanıblar
Bakı, 17 yanvar, AZƏRTAC
Futbol üzrə Türkiyə Kubokunda 1/16 final mərhələsinin növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, “Bitexen Antalyaspor” doğma meydanda “Siltaş Yapı Pendikspor”la qarşılaşıb.
Görüş Antalya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda hesabı 32-ci dəqiqədə qonaqların heyətində Umut Nayir açıb. 49-cu dəqiqədə Ufuk Akyol tablodakı rəqəmləri bərabərləşdirib. Qarşılaşmada qələbə topunu 58-ci dəqiqədə Van de Strik vurub.
Günün digər oyununda isə “Qaziantep FK” “BB Bodrumspor”a 1:0 hesabı ilə qalib gəlib. Görüşdə yeganə qolu 90+6-cı dəqiqədə Papi Cilibodji vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]