Türkiyə Prezidenti helikopter qəzası ilə bağlı milli müdafiə nazirindən məlumat alıb
Ankara, 4 mart, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 4-də qəzaya uğrayan Silahlı Qüvvələrə məxsus hərbi helikopterlə bağlı milli müdafiə naziri Hulusi Akardan məlumat alıb.
AZƏRTAC xəbər verir ki, qəzaya uğrayan “Cougar” markalı helikopterin Bingöl-Bitlis marşrutu ilə uçduğu bildirilib. Türkiyə vaxtı ilə 13:55 radələrində səmaya qalxan helikopterlə təxminən 30 dəqiqə sonra rabitə əlaqəsi kəsilib. Bundan dərhal sonra “CN-235” markalı hərbi təyyarə və pilotsuz uçuş aparatları axtarış işlərinə başlayıblar.
Qəza nəticəsində 9 hərbçi şəhid olub, 4-ü xəsarət alıb. Hadisə yerinə xilasedici dəstələr cəlb olunub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:33]
Fransa və ABŞ Hörmüz boğazına dair qətnamə hazırlayır
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]
Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb
- 22.09.2026 [16:51]