TÜRKİYƏ “ŞİMAL-CƏNUB” BEYNƏLXALQ NƏQLİYYAT DƏHLİZİNƏ QOŞULMAQ NİYYƏTİNDƏDİR
BND katibliyinin rəsmi nümayəndəsi Məhəmməd Cavad Ətirçiyan Tehranda bildirmişdir ki, iki qitənin qovuşuğunda yerləşən Türkiyənin strateji mövqeyi, avtomobil, dəmir, çay və dəniz yollarının geniş şaxəli şəbəkəsi bu ölkəyə Asiya ilə Avropa arasında yükdaşımaların mühüm mərkəzi olmaq imkanı verir.
Ətirçiyan demişdir ki, bu günədək sazişi yeddi ölkə - Belarus, İran, Hindistan, Qazaxıstan, Oman, Rusiya və Tacikistan imzalamışlar. Hazırda Azərbaycan, Bolqarıstan, Suriya, Ukrayna və Ermənistanın müraciətlərinə baxılır.
“Şimal-Cənub” BND-nin tam həcmdə yaradılması Avropa və Asiya ölkələri arasında getdikcə artan yükdaşımalarını ən qısa yolla həyata keçirmək problemini həll etməyə imkan verəcəkdir. Yüklərin Süveyş kanalından keçərək daşınması ilə müqayisədə “Şimal-Cənub” dəhlizi 40 faiz qısa, daşınma xərcləri isə 30 faiz ucuzdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [23:23]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]