Türkiyə XİN: Rəsmi Ankara İranın nüvə obyektlərinə hücumun mümkün nəticələrindən narahatdır
İstanbul, 22 iyun, Günel Karatepe, AZƏRTAC
Türkiyə olaraq bölgədə İsrailin hücumları ilə başlayan qarşıdurmanın yayılma riskinə və təhlükəsizlik mühitinin pozulmasına hər fürsətdə diqqət çəkmişik. ABŞ tərəfindən bu gün İranın nüvə obyektlərinə edilən hücum həmin riski ən yüksək səviyyəyə qaldırdı. Türkiyə ABŞ-ın İranın nüvə obyektlərinə qarşı həyata keçirdiyi hücumun mümkün nəticələrindən dərin narahatlıq duyur. Baş verən hadisələr regional münaqişənin qlobal miqyasda genişlənməsinə səbəb ola bilər. Biz bu fəlakət ssenarisinin gerçəkləşməsini istəmirik.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) ABŞ-ın İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə endirdiyi zərbələri ilə bağlı bəyanatında yer alıb.
Türkiyə XİN açıqlamasında əlaqədar bütün tərəfləri məsuliyyətli davranmağa, hücumları dərhal qarşılıqlı şəkildə dayandırmağa, daha çox insan tələfatına və dağıntıya səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.
Açıqlamada, həmçinin deyilir: “İranın nüvə proqramı ilə bağlı münaqişənin yeganə həll yolu danışıqlardan keçir. Beynəlxalq ictimaiyyəti tərəflər arasında diplomatik həll yollarının tapılması istiqamətindəki səyləri dəstəkləməyə çağırırıq. Türkiyə üzərinə düşən məsuliyyəti yerinə yetirməyə və konstruktiv töhfə verməyə hazırdır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.08.2026 [22:39]
Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
- 09.08.2026 [22:27]
Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib
- 09.08.2026 [21:55]
Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır
- 09.08.2026 [20:39]
Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb
- 09.08.2026 [20:26]
Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır
- 09.08.2026 [20:12]
Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib
- 09.08.2026 [19:50]
İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib
- 09.08.2026 [17:34]
Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb
- 09.08.2026 [15:10]
Qazaxıstanda sərnişin avtobusu yanıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir
- 08.08.2026 [23:48]
Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək
- 08.08.2026 [23:37]
Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi
- 08.08.2026 [21:54]
MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır
- 08.08.2026 [21:23]
Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır
- 08.08.2026 [21:00]
Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa
- 08.08.2026 [20:31]
Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH
- 08.08.2026 [20:26]
Bu saata olan əsas xəbərlər
- 08.08.2026 [20:00]
Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO
- 08.08.2026 [19:17]
Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır
- 08.08.2026 [18:18]
Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb
- 08.08.2026 [16:51]
Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır
- 08.08.2026 [16:35]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- 08.08.2026 [16:31]
Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla
- 08.08.2026 [16:19]
“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda
- 08.08.2026 [16:11]
Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək
- 08.08.2026 [15:33]
Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH
- 08.08.2026 [15:05]
Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb
- 08.08.2026 [13:27]