Türkiyədə axtarışda olan PKK terrorçusu məhv edilib
Ankara, 10 oktyabr, AZƏRTAC
Türkiyə təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi “İldırım-1” antiterror əməliyyatı nəticəsində Şırnak vilayətinin Beytüşşebap bölgəsində məhv edilən səkkiz terrorçudan biri axtarışda olub.
AZƏRTAC xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi (DİN) yayıb. Bildirilir ki, DİN tərəfindən axtarışına bir milyon türk lirəsi (təxminən 130 min ABŞ dolları) vəsait ayrılan "Yıldız" ləqəbli PKK/KCK terror qruplaşmasının aparıcı simalarından sayılan Nurgül Duran digər təhlükəli terrorçu "Leyla Amed" ləqəbli Hamiyet Yalçınkayanın şəxsi mühafizəçisi olub. Terrorçu N.Duran bir sıra cinayətlərdə, o cümlədən Şırnakın Silopi rayonunda küçələrdə xəndək qazmaq, barrikadalar qurmaq və digər qanunsuz fəaliyyətləri ilə sosial həyatın pozulması aksiyalarını planlaşdırıb və onların icrasında fəal iştirakçı olub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]
Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb
- 22.09.2026 [16:51]
Alimlər Marsın erkən dövründə suyun mürəkkəb tarixini üzə çıxarıblar
- 22.09.2026 [16:48]